Prezident İlham Əliyev: "Bu gün AzərbaycanTürkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir"


Siyasət 15 Sen 2020 09:33:00 64 0

Prezident İlham Əliyev: "Bu gün AzərbaycanTürkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir"

Bu gün biz Bakının işğaldan azad edilməsinin 102-ci ildönümünü qeyd edirik. Həmin dövrün çətinliklərinə baxmayaraq qardaş Türkiyə Azərbaycandan öz yardımını əsirgəmədi. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək mübarizəyə qoşuldu. Gəncədən Bakıya qədər şərəfli döyüş yolu keçən Qafqaz İslam Ordusu yeni yaradılmış Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdi. Bu yolda canlarını qurban verən şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirəm. Onların əziz xatirəsi daim bizim qəlbimizdədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubunda yer alıb.

Dövlətimizin başçısı məktubda qeyd edib ki, Azərbaycan xalqı üçün 15 sentyabr olduqca əlamətdar bir gündür: "Məhz həmin gün Bakı işğaldan azad edilərək ilk dəfə müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olundu. Bu tarixi qələbədən sonra Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun zəfər yürüşü Bakı sakinləri tərəfindən böyük coşqu və sevinclə qarşılandı.

İki il bundan əvvəl həmin coşqu və sevgi Bakı küçələrində bir daha canlandırıldı. Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilmiş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin iştirakını Sizinlə birlikdə izlədik. Şübhəsiz ki, bu tarixi hadisə həmişə yaddaşlarda qalacaqdır".

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün də Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir: "İyulun 12-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına qardaş Türkiyə Respublikası qəti mövqe bildirdi. Sizin Tovuz hadisələri ilə bağlı birmənalı bəyanatlarınızı Azərbaycan xalqı yüksək qiymətləndirir. Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir.

Həqiqətən də, qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir".

Prezident İlham Əliyev: "Bu gün gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir" like
  • 15 Sen 09:32  
Siyasət Prezident İlham Əliyev: "Bu gün gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir"

Bu gün gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir.

arrow Ətraflı
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır" like
  • 15 Sen 09:30  
Siyasət Prezident İlham Əliyev: "Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır"

Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənil

arrow Ətraflı
Bakıda sərnişin avtobusu yanıb like
  • 15 Sen 09:28  
Digərləri Bakıda sərnişin avtobusu yanıb

Bu gün səhər saat 06:10 radələrində avtobus yanıb.

arrow Ətraflı
Ərdoğan Prezident İlham Əliyevə məktub göndərib like
  • 15 Sen 09:23  
Siyasət Ərdoğan Prezident İlham Əliyevə məktub göndərib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə məktub

arrow Ətraflı
Yeni səfir: "Azərbaycan və İran arasında ticarət dövriyyəsini böyük həcmdə artırmaq mümkündür" like
  • 15 Sen 09:20  
Siyasət Yeni səfir: "Azərbaycan və İran arasında ticarət dövriyyəsini böyük həcmdə artırmaq mümkündür"

Son.az İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvinin

arrow Ətraflı
Azərbaycan Prezidenti: "Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq" like
  • 15 Sen 09:17  
Siyasət Azərbaycan Prezidenti: "Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq"

Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd

arrow Ətraflı
Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciət edib like
  • 15 Sen 09:01  
Siyasət Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciət edib

Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasi

arrow Ətraflı
Raps yağının faydaları like
  • 15 Sen 09:00  
Digərləri Raps yağının faydaları

Pars kələmçiçəyikimilər fəsiləsinə aid olan birkilərdəndəndir. Paps

arrow Ətraflı
Avropada elektromobillərin tətbiqi sürətlənəcək like
  • 15 Sen 08:59  
Digərləri Avropada elektromobillərin tətbiqi sürətlənəcək

"Nissan", "Renault" və "Uber" şirkətləri aras

arrow Ətraflı
Zaqatalada “Azərpoçt”un şöbələrinə basqın olub like
  • 15 Sen 08:58  
Digərləri Zaqatalada “Azərpoçt”un şöbələrinə basqın olub

Zaqatalada son iki həftə ərzində "Azərpoçt"un iki şöbəsinə b

arrow Ətraflı
“Snapdragon 690” prosessoru ilə təchiz edilən ilk smartfon hansıdır? like
  • 15 Sen 08:55  
Digərləri “Snapdragon 690” prosessoru ilə təchiz edilən ilk smartfon hansıdır?

"Sharp" korporasiyası beşinci nəsil mobil rabitə şəbəkəsini d

arrow Ətraflı