Bakıda qonşusunu bıçaqlayıb qaçan şəxs 2 ay sonra yaxalandı


Kriminal 01 Sen 2020 14:10:00 218 0

Bakıda qonşusunu bıçaqlayıb qaçan şəxs 2 ay sonra yaxalandı

Bakıda qonşusunu bıçaqlayan şəxs tutulub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə iyulun 2-də paytaxtın Sabunçu rayonunda baş verib. Rayon sakini İmamverdiyev Gülağa Vahavb oğlu mübahisə nəticəsində qonşusu Ağayev mahir Əlövsət oğlunu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən G.İmamverdiyev avqustun 31-də tutularaq istintaqa cəlb edilib.

Son.az