Gəlininə vəzifə verilən Afaq Bəşirqızıdan


Kriminal 12 Avq 2020 14:05:20 118 0

Gəlininə vəzifə verilən Afaq Bəşirqızıdan

Xalq artisti Afaq Bəşirqızı gəlini Könül Təhməzovaya vəzifə verilməsinə münasibət bildirib.

Sənətçi ölkə.az-a açıqlamasında bu barədə məlumatsız olduğunu deyib.

''Düzünü deyim ki, bu barədə məlumatım yox idi. Hətta xəbəri indicə sizdən eşidirəm. Hər kəsin öz həyat borcu, öz həyat vəzifəsi var. Mən belə düşünürəm ki, bu barədə hələ çox söz demək olmaz. Əgər Könül vəzifəyə təyin edilibsə, bu, o deməkdir ki, onun biliyinə etimad göstəriblər''.

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayevin əmri ilə Xalq artistinin gəlini Könül Təhməzov 7 nömrəli məktəbə direktor vəzifəsinə təyin edilib.