Bakıda qardaş qardaşı qətlə yetirdi


Kriminal 09 Avq 2020 11:31:00 158 0

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Yaşadıqları evin həyətində şəxsi münaqişə zəminində qardaşlar arasında mübahisə olub.

Nəticədə 1988-ci il təvəllüdlü Eynullayev Səfa Salubəli oğlu qardaşı tərəfindən boyun nahiyəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.