Milli Məclisin növbədənkənar iclası başa çatdı
Siyasət 06 Avq 2020 14:13:00 139 0
Milli Məclisin növbədənkənar iclası keçirilib.
Son.az Trend-ə istinadən bildirir ki, iclasın gündəliyinə 6 məsələ daxil edilib.
Deputatlar "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında", "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında", "Məşğulluq haqqında", "İşsizlikdən sığorta haqqında" qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini müzakirə edərək ikinci oxunuşda qəbul ediblər.
Mənbə: milli.az