Livanlı deputat: "Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində İslam həmrəyliyi nümayiş etdirdi"
Siyasət 06 Avq 2020 13:58:41 137 0
Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində bu cür məqamda çox vacib olan İslam həmrəyliyi nümayiş etdirdi.
Son.az bildirir ki, bunu Trend-ə livanlı deputat İmad əl-Hoot deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən Livan xalqına kömək göstərilməsi çox vacib və vaxtında atılan addımdır:
"Biz göstərilən köməyə görə Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə, qardaş Azərbaycan xalqına minnətdarlığımızı bildirməliyik".
İ.əl-Hoot qeyd edib ki, Azərbaycanın Livana maliyyə yardımı göstərməsi iki ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün vacib təkan olacaq və bu, ilk növbədə Beyrutun xeyrinədir.
Mənbə: milli.az