Evdən oğurluq edən qadın saxlanıldı
Kriminal 03 Avq 2020 16:00:00 160 0
Oğurluqda şübhəli bilinən Babək rayon sakini G.Abdullayeva saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul, qızıl-zinət əşyaları və sənədlər oğurlamaqda şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş G.Abdullayeva saxlanılıb.
Araşdırmalar zamanı onun Cinayət Məcəlləsinin 177 (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olması da müəyyən edilib.
Mənbə: milli.az