"Azərbaycan diasporlarının ortaya qoyduğu birlik, həmrəylik və cəsarət performansına görə Paşinyan dilxor vəziyyətdədir"


Siyasət 02 Avq 2020 13:02:53 83 0

"Azərbaycan diasporlarının ortaya qoyduğu birlik, həmrəylik və cəsarət performansına görə Paşinyan dilxor vəziyyətdədir"

Baş nazir kürsüsündə oturandan bu günə kimi Ermənistan üçün heç bir real iş görməyən, əksinə onsuz da çətin durumda olan işğalçı ölkəni yarıtmaz fəaliyyəti ilə daha da çıxılmaz dalana salan Paşınyan üçün daha bir zərbə də diaspordan gəlib. Görünən odur ki, diqqəti Ermənistanın daxilindəki gərginlikdən yayındırmaq məqsəd ilə cəbhədə təxribat törətmək üçün verdiyi tapşırıq da Paşınyanın əleyhinə işləyib. Yəni, təkcə ön cəbhədə deyil, bütün cəbhələrdə Azərbaycandan və azərbaycanlılardan sarsıdıcı zərbələr alan Paşınyan hazırda isterik vəziyyətdədir. Bunu onun diasporla bağlı qəbul etdiyi son qərarlar da təsdiqləyir.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirb ki, Nikol Paşinyanın Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması bir tərəfdən baş nazirin necə deyirlər "günah keçiləri" axtardığından xəbər verirsə, digər tərəfdən də erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın göstərir: "Təbii ki, burada da yenə Azərbaycan amili mühüm rol oynayır. Belə ki, iyulun 12-də işğalçı ölkənin növbəti təxribatı nəticəsində münaqişənin yenidən alovlanması və bunun nəticəsi olaraq Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoydu. Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı. İki əsrlik diasporçuluq stajı olan xaricdəki erməni icmaları bu dəfə həddindən artıq sönük imic sərgilədilər. Əvvəllər heç vaxt bu cür hallar yaşanmamışdı. Bu dəfə ermənilər necə deyərlər, hazırlıqsız yaxalanmışdılar. Azərbaycanlılar isə millik kimlik şüuru ilə mübarizəyə qalxdılar".

Deputatın sözlərinə görə, baş verənlər ermənilər üçün digər bir baxımdan da sarsıdıcı zərbə oldu: "Bildiyiniz kimi, haqq-ədalətin təmin olunmasını, insan hüquqların müdafiəsini tələb edən xaricdəki soydaşlarımız erməni vəhşiliyinə tuş gəldilər. Bunu bütün dünya ictimaiyyəti də gördü. Bir sözlə, baş vermiş hadisələr, həmçinin xarici ölkələrdə Ermənistanın işğalçılıq siyasətinə etiraz edən azərbaycanlıların fəallığı fonunda erməni lobbisinin mürtəce, vəhşi siması ifşa olundu. Bu isə Ermənistanda şok effekti yaradıb. Erməni mətbuatının yazdığına görə, hazırda Ermənistan ictimaiyyəti Azərbaycan diasporlarının ortaya qoyduğu birlik, həmrəylik və cəsarət performansından şokdadır. Elə Paşinyanın özü də dilxor vəziyyətdədir. Buna görə də Paşinyan bugünlərdə içdən yaşadığı psixoloji məğlubluq durumunu üstələmək və həm də Ermənistan ictimaiyyətindəki narazılığı biraz səngitmək üçün Diaspor İşləri Komitəsinin şöbə müdirlərini "günah keçiləri" kimi qurban verdi. Yeri gəlmişkən, İrəvanda nəşr olunan "Past" qəzetinin yaydığı məlumata görə, Paşinyanın belə addım atmasına səbəb Diaspor Komitəsinin fəaliyyətinin qeyri-effektivliyi ilə bağlı olub.

Onu xüsusilə erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrdə Azərbaycan diasporuna uduzması hiddətləndirib. Baş nazir həmçinin Diaspor İşləri Komitəsinin rəhbəri Zare Sinanyanın bugünlərdə ortalarda görünməməsindən də bərk qəzəblənib. Qəzet yazır ki, Paşinyan bununla əlaqədar Sinanyanla mübahisə edib, onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib".

Vüqar İskəndərov onu da əlavə edib ki, Paşinyanın bundan əvvəlki addımları kimi, bu addımı da heç bir effekt verməyəcək: "Görünən odur ki, Paşınyan bu təmizləmə əməliyyatı ilə diaspor sahəsində məsul vəzifələrdəki köhnələri qovub, onların yerinə daha hiyləgər olan və daha məhsuldar işləyən şəxsləri təyin etmək iddiasındadır. Amma bu heç bir müsbət effekt verməyəcək. Əvvəla ona görə ki, artıq bütün dünyada erməni diasporuna sinə gərən, hətta onu əzib keçən fəal, mütəşəkkil və yaxşı təşkilatlanmış Azərbaycan diasporu var. Digər bir tərəfdən Paşınyanın bundan əvvəlki sahələr üzrə verdiyi qərarlar kimi, diaspor ilə bağlı qərarları da ermənilər arasında cəbhələşməni, qarşıdurmanı daha da artıracaq".

Abşeronda avtomobil qaz turbasına çırpıldı like
  • 02 Avq 13:01  
Digərləri Abşeronda avtomobil qaz turbasına çırpıldı

Bakının Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Rusiyada koronavirusa yoluxanların sayı 850 mini ötüb like
  • 02 Avq 12:55  
Dünya Rusiyada koronavirusa yoluxanların sayı 850 mini ötüb

Rusiyada son sutka ərzində daha 5427 nəfər yeni növ koronavirusa (COVID-19)

arrow Ətraflı
Türkiyə turlarının qiymətləri kəskin BAHALAŞIB like
  • 02 Avq 12:48  
Dünya Türkiyə turlarının qiymətləri kəskin BAHALAŞIB

Bu il pandemiya ilə əlaqədar Türkiyə istiqamətinə olan turların qiymətl

arrow Ətraflı
Ziynet Sali hamiləlik iddialarını yalanladı  FOTO like
  • 02 Avq 12:35  
Digərləri Ziynet Sali hamiləlik iddialarını yalanladı FOTO

Konsert vermək üçün Bodruma gedən türkiyəli müğənni Ziynet Sali istir

arrow Ətraflı
Nazirlik birinci yarımildə qəbul edilən vətəndaşların statistikasını açıqladı like
  • 02 Avq 12:29  
Digərləri Nazirlik birinci yarımildə qəbul edilən vətəndaşların statistikasını açıqladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin 6 ayınd

arrow Ətraflı
Çində koronavirusa 69 yeni yoluxma halı aşkarlanıb like
  • 02 Avq 12:16  
Dünya Çində koronavirusa 69 yeni yoluxma halı aşkarlanıb

Çində ötən sutka ərzində yeni növ koronavirusa daha 69 nəfər yoluxub.

arrow Ətraflı
"Hyundai" mağazaya çırpıldı, sürücü yaralandı like
  • 02 Avq 12:09  
Digərləri "Hyundai" mağazaya çırpıldı, sürücü yaralandı

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Ermənistanda 209 yeni yoluxma var, 5 nəfər ölüb like
  • 02 Avq 12:03  
Dünya Ermənistanda 209 yeni yoluxma var, 5 nəfər ölüb

Ermənistanda son sutkada daha 209 nəfər yeni növ koronavirusa yoluxub, 5 nə

arrow Ətraflı
Azərbaycan və Türkiyə QHTlərindən Ermənistana tələb like
  • 02 Avq 11:56  
Siyasət Azərbaycan və Türkiyə QHTlərindən Ermənistana tələb

Azərbaycanda fəaliyyət göstərən Müasir İnkişaf Birliyinin təşəbbüs

arrow Ətraflı
Füzulidə nasos stansiyasında yanğın olub like
  • 02 Avq 11:43  
Digərləri Füzulidə nasos stansiyasında yanğın olub

Füzuli rayonunda nasos stansiyasında yanğın olub. 

arrow Ətraflı
Gürcüstanda son sutkada koronavirusa 6 nəfər yoluxub like
  • 02 Avq 11:30  
Dünya Gürcüstanda son sutkada koronavirusa 6 nəfər yoluxub

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 6 y

arrow Ətraflı
Evdə nişan edənlər saxlanıldılar  FOTO like
  • 02 Avq 11:23  
Digərləri Evdə nişan edənlər saxlanıldılar FOTO

Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

arrow Ətraflı
"Human Rights Watch"un fəaliyyətində antisemitizm, faşizmə dəstək elementləri like
  • 02 Avq 11:17  
Siyasət "Human Rights Watch"un fəaliyyətində antisemitizm, faşizmə dəstək elementləri

Fransanın yəhudi icmaları bu ölkədə yaşayan üzvlərinin İsrailə və d

arrow Ətraflı