BakıQazax yolunda meyiti tapılan qadının öldürüldüyü məlum olub Qatil Bakıda tutuldu


Kriminal 30 İyl 2020 18:25:45 188 0

BakıQazax yolunda meyiti tapılan qadının öldürüldüyü məlum olub  Qatil Bakıda tutuldu

Hacıqabulda meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

Bu gün səhər saatlarında Bakı-Qazax magistralının 98-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində meyiti aşkar edilən Sabirabad rayonunun Cəngən kənd sakini, 1968-ci il təvəllüdlü Qubadlı Gülxar Tahir qızının öldürüldüyü məlum olub.

Son.az APA-ya istinadən bildirir ki, meyitin müayinəsi zamanı boyun nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilib.

Araşdırmalar zamanı qətli törədən şəxsin Hacıqabul rayon sakini, 1988-ci il təvəllüdlü Fərəcov Hikmət Məhəmməd oğlu olduğu müəyyən edilib və o, Bakı şəhərində saxlanılıb. Həmçinin adıçəkilən şəxsin Bakı şəhərində də bir nəfəri bıçaqla ağır yaraladığı bildirilir.