Fransa Azərbaycanlılarının Koordinasiya Şurası bəyanat yaydı


Siyasət 16 İyl 2020 17:39:00 175 0

Fransa Azərbaycanlılarının Koordinasiya Şurası bəyanat yaydı

Fransa Azərbaycanlılarının Koordinasiya Şurası Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatlarla bağlı etiraz bəyanatı yayıb.

Trend-ə daxil olan bəyanatda bildirilir ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən artilleriya qurğularından istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki ordumuzun mövqeləri atəşə tutulur: "Düşmənin bu təxribatına qarşı Milli Ordumuz böyük rəşadət nümayiş etdirərək sarsıcıdı cavab vermiş, ağır itkilər verən Ermənistan silahlı birləşmələrinin həmləsi qətiyyətlə dəf edilmişdir. Ali Baş Komandanımızın qəti iradəsi, zabitlərimizin peşəkarlığı, əsgərlər arasında hökm sürən ruh yüksəkliyi və hərbi birləşmələrimizin maddi-texniki gücü növbəti dəfə Azərbaycan əsgərinin, ordusunun və dövlətinin düşmən üzərindəki gücünü və üstünlüyünü şərtləndirmişdir.

Hücumun qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları qəhrəmancasına şəhid olmuşlar. Bu, bir daha hər bir Azərbaycan əsgərinin hər zaman vətənin müdafiəsi və tarixi-əzəli torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ən yüksək fədakarlığa hazır olduğunu nümayiş etdirdi. Bütün xalqımız növbəti dəfə əsgəri ilə fəxr etdi, sonsuz dərəcədə qürurlanmış oldu.

Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə şəfa versin!

Azərbaycanlıların ən böyük diaspora təşkilatlarından biri olaraq Fransa Azərbaycanlılarının Koordinasiya Şurası cəbhə xəttində və sərhəddə baş vermiş təxribatla bağlı aşağıdakıları bəyan edir: