Məhkəmə ekspertizasının metodik fondu yaradılacaq


Siyasət 01 İyl 2020 13:36:40 54 0

Məhkəmə ekspertizasının metodik fondu yaradılacaq

Nazirlər Kabineti “Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qaydaları”nın təsdiq edib.

Nazirlər Kabineti “Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qaydaları”nın təsdiq edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qaydalar “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-5-ci maddəsinin ikinci hissəsinə əsasən hazırlanmışdır və məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi qaydalarını müəyyən edir.

Məhkəmə ekspertizasının metodik fondu (bundan sonra – Fond) məhkəmə ekspertizalarının elmi-metodik materiallarından (bundan sonra – elmi-metodik material) ibarət məlumat bazasıdır.

Bu Qaydaların məqsədi məhkəmə ekspertləri və digər şəxslər tərəfindən Fonddan istifadə edilməsini təmin etməkdən ibarətdir.

Fondun yaradılması qaydaları

Fondun yaradılması və elmi-metodik materialın həmin Fonda daxil edilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən həyata keçirilir.

Fond informasiya ehtiyatıdır. Fondun formalaşdırılması, idarə olunması, tamlığı və mühafizəsi Ədliyyə Nazirliyi tərəfindən təmin edilir.

Fondun informasiya təminatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası idarələri, elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyaları, özəl hüquqi şəxslər (bundan sonra – məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumlar), habelə özəl məhkəmə eksperti tərəfindən elmi-metodik materialın, o cümlədən 3 standartların, texniki şərtlərin və digər normativ sənədlərin təqdim edilməsi yolu ilə həyata keçirilir.

Elmi-metodik material məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumun rəhbəri və ya onun müavini, habelə özəl məhkəmə eksperti tərəfindən imzalanmış müşayiət məktubu ilə kağız daşıyıcıda onun əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcıda mətn faylları formasında aşağıdakılar əlavə edilməklə Ədliyyə Nazirliyinə təqdim olunur:

- elmi-metodik materialın qısa məzmunu;

- elmi-metodik materiala dair bu Qaydaların 2.3-cü bəndində göstərilən qurumlar tərəfindən verilmiş ən azı 2 (iki) səhifədən ibarət rəy.

Bu Qaydaların 2.4-cü bəndində göstərilən sənədlər Ədliyyə Nazirliyinə daxil olduğu gündən 1 (bir) iş günü müddətində çatışmazlıqların olub-olmaması yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə, elmi-metodik material barədə məlumatlar 5 (beş) iş günü ərzində Fonda daxil edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar müəyyən edildikdə, o cümlədən məlumatların mətni üzərində hər hansı düzəliş olduqda və ya kağız daşıyıcı ilə elektron daşıyıcıda olan mətnlər arasında uyğunsuzluq aşkarlandıqda, bu barədə məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumlara, habelə özəl məhkəmə ekspertinə müraciətin daxil olduğu gündən 3 (üç) iş günü müddətində yazılı bildiriş göndərilir. Çatışmazlıqlar məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumlar, habelə özəl məhkəmə eksperti tərəfindən bildirişin alındığı tarixdən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır.

Çatışmazlıqlar məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumlar, habelə özəl məhkəmə eksperti tərəfindən bu Qaydaların 2.6-cı bəndində göstərilən müddətdə aradan qaldırılmadıqda, elmi-metodik material müvafiq məktubla geri qaytarılır.

Elmi-metodik material barədə Fonda daxil edilən məlumatlar aşağıdakılardır:

- elmi-metodik materialın adı;

- elmi-metodik materialın aid olduğu məhkəməekspertizası sahəsi;

- elmi-metodik materialın müəllifinin (müəlliflərinin) soyadı, adı və atasının adı və ya idarə, müəssisə və ya təşkilatın adı, hüquqi ünvanı;

- elmi-metodik materialın nəşr ili və yeri;

- elmi-metodik materialın mətni;

- elmi-metodik materialın Fonda daxil edildiyi tarix və qeydiyyat nömrəsi.

Fonda daxil edilmiş məlumatlarda onların uyğunsuzluğuna səbəb olmuş texniki səhvlər (çap, qrammatik, arifmetik və digər səhvlər) aşkar edildikdə, həmin səhvlər məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumların, habelə özəl məhkəmə ekspertinin müraciəti əsasında və ya Ədliyyə Nazirliyinin öz təşəbbüsü ilə 1 (bir) iş günü ərzində aradan qaldırılır.

Fonddan istifadə qaydaları

Fond açıqdır, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir.

Fondda yaradılmış xüsusi proqram təminatı vasitəsilə aşağıdakı meyarlar üzrə axtarış aparmaq imkanı yaradılır:

- elmi-metodik materialın adı;

- elmi-metodik materialın aid olduğu məhkəməekspertizası sahəsi;

- elmi-metodik materialın müəllifinin (müəlliflərinin) soyadı, adı və atasının adı və ya idarə, müəssisə və ya təşkilatın adı;

- elmi-metodik materialın nəşr ili.

Fonddan məlumatların kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya sorğuları “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra edilir.

Karantin qaydalarını pozub nişanda əyləndilər like
  • 01 İyl 13:33  
Dünya Karantin qaydalarını pozub nişanda əyləndilər

Türkiyədə nişan mərasimində karantin qaydaları pozulub.

arrow Ətraflı
Şahdağ Milli Parkında 16 ağac qanunsuz olaraq kəsilib like
  • 01 İyl 13:30  
Sosial Şahdağ Milli Parkında 16 ağac qanunsuz olaraq kəsilib

Şahdağ Milli Parkının əməkdaşları Milli parkın Qəbələ bölməsinin B

arrow Ətraflı
Arzu Nağıyev: Milli Məclis yaz sessiyasında öz hədəfinə çatdı like
  • 01 İyl 13:30  
Siyasət Arzu Nağıyev: Milli Məclis yaz sessiyasında öz hədəfinə çatdı

"VI çağırış Milli Məclisin yaz sessiyası, o cümlədən növbədənk

arrow Ətraflı
Sabah yağış yağacaq like
  • 01 İyl 13:27  
Sosial Sabah yağış yağacaq

2 iyulda gözlənilən hava şəraiti

arrow Ətraflı
Pandemiya çətinliklərinin dəf olunmasında dini icmaların görə biləcəyi işlər müzakirə olunub like
  • 01 İyl 13:24  
Sosial Pandemiya çətinliklərinin dəf olunmasında dini icmaların görə biləcəyi işlər müzakirə olunub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Pa

arrow Ətraflı
Pandemiyadan zərər çəkən sahibkarlar dövlət zəmanətli krediti necə əldə edə bilər? like
  • 01 İyl 13:21  
İqtisadiyyat Pandemiyadan zərər çəkən sahibkarlar dövlət zəmanətli krediti necə əldə edə bilər?

Koronavirus pandemiyasının (COVID-19) ölkədə yayılması bir sıra sahələ

arrow Ətraflı
Radikal müxalifət vicdana və xalqa qarşı çıxır  "Politşou" təqdim edir like
  • 01 İyl 13:21  
Siyasət Radikal müxalifət vicdana və xalqa qarşı çıxır "Politşou" təqdim edir

Son.az Trend İnformasiya Agentliyinə istinadən рolitoloq Elçin Alıoğlunu

arrow Ətraflı
ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölən var like
  • 01 İyl 13:18  
Dünya ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölən var

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölən var

arrow Ətraflı
Polşada koronavirusdan ölənlərin sayı 1 500 nəfərə çatır like
  • 01 İyl 13:17  
Dünya Polşada koronavirusdan ölənlərin sayı 1 500 nəfərə çatır

Koronavirusla əlaqədar Polşada 1 923 nəfər xəstəxanaya yerləşdirilib, 7

arrow Ətraflı
Azərbaycan Fələstinə 300 min dollar yardım ayırıb like
  • 01 İyl 13:15  
Siyasət Azərbaycan Fələstinə 300 min dollar yardım ayırıb

Fələstində koronavirus pandemiyası ilə (COVID-19) mübarizənin aparılmas

arrow Ətraflı
Metsamor AES-in fəaliyyəti dayandırıldı like
  • 01 İyl 13:14  
Dünya Metsamor AES-in fəaliyyəti dayandırıldı

Ermənistan Atom Elektrik Stansiyası plan-xəbərdarlıq tədbirlərinin görü

arrow Ətraflı
Yol qəzalarında 3 nəfər öldü like
  • 01 İyl 13:13  
Sosial Yol qəzalarında 3 nəfər öldü

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı
"Azərbaycan nümunəvi ölkələr siyahısında yer aldı" like
  • 01 İyl 13:09  
Siyasət "Azərbaycan nümunəvi ölkələr siyahısında yer aldı"

"Cənab prezident son 10 il ərzində deyə bilərik ki, turizmi prioritet

arrow Ətraflı
Yexlax sakinindən narkotik götürüldü like
  • 01 İyl 13:08  
Sosial Yexlax sakinindən narkotik götürüldü

Yexlax rayon sakinində narkotik vasitə aşkarlanılıb.

arrow Ətraflı