Prezident İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı


Siyasət 30 İyn 2020 15:30:00 55 0

Prezident İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümünəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuş, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamışdır.

Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir.

Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır.

Azərbaycan Respublikasında milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın:

2.1. koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etsin;

2.2. jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Son.az 

Prezident mətbuatın 145 illiyi ilə bağlı sərəncam imzaladı like
  • 30 İyn 15:28  
Siyasət Prezident mətbuatın 145 illiyi ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin

arrow Ətraflı
9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyətə başladı like
  • 30 İyn 15:27  
Siyasət 9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyətə başladı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənk

arrow Ətraflı
Sosial xidmətlərin keyfiyyətinə vahid nəzarət mexanizmi yaradılır like
  • 30 İyn 15:23  
Sosial Sosial xidmətlərin keyfiyyətinə vahid nəzarət mexanizmi yaradılır

Sosial xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində Əmək və

arrow Ətraflı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatı işçilərinin say həddi artırıldı like
  • 30 İyn 15:23  
Siyasət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatı işçilərinin say həddi artırıldı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalini

arrow Ətraflı
Bir sıra qurumların Nizamnaməsi təsdiq edildi  FƏRMAN like
  • 30 İyn 15:19  
Siyasət Bir sıra qurumların Nizamnaməsi təsdiq edildi FƏRMAN

Prezident İlham ƏliyevA zərbaycan Respublikası Əmək və Əhalinin Sosial M

arrow Ətraflı
AMB: Əlavə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib like
  • 30 İyn 15:15  
İqtisadiyyat AMB: Əlavə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib

AMB: Əlavə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib

arrow Ətraflı
Baş prokurorluqda yeni təyinatlar olub like
  • 30 İyn 15:15  
Siyasət Baş prokurorluqda yeni təyinatlar olub

Baş prokurorluqda yeni təyinatlar olub.

arrow Ətraflı
Dörd qurumun Nizamnaməsi təsdiqləndi like
  • 30 İyn 15:07  
Siyasət Dörd qurumun Nizamnaməsi təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial

arrow Ətraflı
Koronavirusa yoluxmuş iki körpəsi olan azərbaycanlı həkim: like
  • 30 İyn 15:06  
Digərləri Koronavirusa yoluxmuş iki körpəsi olan azərbaycanlı həkim:

"3 ay yarıma qədər uşaqlarımı görməmişəm"

arrow Ətraflı
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin götürülür like
  • 30 İyn 15:05  
Dünya Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin götürülür

İyulun 6-da Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşeva

arrow Ətraflı
Azərbaycanda bank əmanətçiləri çaşqınlıq içində - səbəbkar kimdir? like
  • 30 İyn 15:03  
İqtisadiyyat Azərbaycanda bank əmanətçiləri çaşqınlıq içində - səbəbkar kimdir?

Yaranmış vəziyyətdə əmanətçilər əmanətlərinin geri alınmasında pro

arrow Ətraflı
Yeni virus daha bir pandemiyaya səbəb ola bilər like
  • 30 İyn 15:03  
Dünya Yeni virus daha bir pandemiyaya səbəb ola bilər

Çinli alimlər daha bir pandemiyaya səbəb ola biləcək donuz qripinin əvvə

arrow Ətraflı