"Prezident İlham Əliyevin bu təşəbbüsü beynəlxalq mühitdə özünəməxsus bir modeldir"


Siyasət 30 İyn 2020 13:15:00 48 0

"Prezident İlham Əliyevin bu təşəbbüsü beynəlxalq mühitdə özünəməxsus bir modeldir"

"Heç kəs təxmin edə bilmir ki, bu pandemiya dövrü nə vaxt bitəcək"

"Prezident İlham Əliyevin təşəbbüsünə razılıq verən 130 ölkə oldu. Ancaq Ermənistan elə bir çapda, elə bir geostrateji çəkidə deyil ki, etirazı, münasibəti bu təşəbbüsün qarşısını alsın".

Bunu Son.az-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə Ermənistanın qarşı çıxması qərarını şərh edərkən deyib.

O bildirib ki, Prezident İlham Əliyevin verdiyi bu təşəbbüs beynəlxalq mühitdə özünəməxsus bir modeldir:

"Məsələ ondadır ki, Baş Assambleyanın əksəriyyəti, o cümlədən də Qoşulmama Hərəkatına düşən 120 dövlət bütövlüklə hamısı bu təşəbbüsə "Hə" deyirlər. Çünki indi dünya çapında sosial nizam son dərəcə aktual mərhələyə gəlib çıxıb. Koronavirus pandemiyasına görə izolyasiya rejimi həm dövlətlərin daxilində, həm beynəlxalq münasibətlərdə böyük geriləmələrə gətirib çıxarıb. Bütün bu proseslərin hamısında artıq geriləmələr qeydə alındı. Mənfi təsirlərin minimuma endirilməsi indi gündəlikdə son dərəcə aktual bir məsələyə çevrilib. Bu baxımdan da beynəlxalq təşkilatlar özləri maraqlıdırlar ki, ölkələr indi biraz dinamik vəziyyətə keçsinlər. Düzdür, heç kəs təxmin edə bilmir ki, bu pandemiya dövrü nə vaxt bitəcək, sərhədlər nə vaxt açılacaq. Ona görə indi ümumiyyətlə beynəlxalq mühitdə Prezident İlham Əliyevin verdiyi o təşəbbüs böyük istəklə qarşılanır. Niyə? - Çünki bu, özünəməxsus bir modeldir. Yəni, pandemiya dövründə kollegial şəkildə liderlər, düşünən beyinlər, milli elitalar hamısı bir arada olsunlar və heç olmasa bu boşluqların bəzilərini aradan qaldırsınlar".

Politoloq qeyd edib ki, ən yaxın zamanda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD 19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsün reallaşmasının şahidi olacağıq:

"Hesab edirəm ki, Ermənistanın burada etiraz etməməsi ümumiyyətlə heç bir dövlətin, heç bir təşkilatın nəzərində olmayacaq. Ermənistan aydındır ki, Azərbaycanla düşmənçilik mövqeyini, düşmənçilik siyasətini həyata keçirir və çalışır ki, bzim bütün fəaliyyətlərimizi qaralasın, onların obrazını, imicini ləkələsin və s. Ancaq bu əbəs şeydir, çünki Azərbaycan rəhbəri ümumiyyətlə bu son 3-4 ay ərzində bir neçə dəfə vacib təşəbbüslər irəli sürdü və ilk növbədə, o, bildirdi ki, türkdilli dövlətlər bu ağır məqamda bir cərgədə olmalıdırlar, bir-birlərini dəstəkləməlidirlər, bir-birlərinə kömək göstərməlidirlər və ən azı bunların arasında gərək dialoq, münasibətlər, informasiya mübadiləsi qırılmasın. Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində artıq 40 ölkənin iştirakı ilə həyata keçmiş bir təşəbbüs idi. Orada da BMT-nin baş katibi, Baş Assambleyanın prezidenti, Afrika İttifaqının sədri, Avropa Birliyinin rəsmisi, bunlar hamısı iştirak etdilər və həmin təşəbbüsə öz dəstəklərini bildirdilər. Elə onda Prezident İlham Əliyev qeyd etdi ki, Baş Assambleya səviyyəsində yeni bir konfransın keçirilməsinə böyük ehtiyac var. Biz görürük ki, artıq 130 dövlət buna münasibətini bildirib. Mən elə başa düşürəm ki, bu istiqamətdə yol açıqdır və biz təbii ki, ən yaxın zamanda həmin bu təşəbbüsün reallaşmasının şahidi olacağıq".

Təhməz Təkin Son.az

“Azəriqaz” böyük layihənin icrasına başlayıb like
  • 30 İyn 13:12  
İqtisadiyyat “Azəriqaz” böyük layihənin icrasına başlayıb

​“Azəriqaz” mühüm layihənin icrasına başlayıb

arrow Ətraflı
Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər açıqlandı like
  • 30 İyn 13:10  
Sosial Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər açıqlandı

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə COVID-19-l

arrow Ətraflı
“Üzeyir Mehdizadəyə görə taksi sürücüsü məndən pul almadı” like
  • 30 İyn 13:09  
Şou-biznes “Üzeyir Mehdizadəyə görə taksi sürücüsü məndən pul almadı”

Rejissor Kənan MM "5-də-5" verilişində maraqlı açıqlama verib.

arrow Ətraflı
Bakı Ali Neft Məktəbinin məzunu ABŞın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub like
  • 30 İyn 13:03  
Digərləri Bakı Ali Neft Məktəbinin məzunu ABŞın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Məhəmməd Vəliyev Amerika Birləş

arrow Ətraflı
Yaponiyada sənaye istehsalı son 7 ilin minimumuna düşüb like
  • 30 İyn 12:53  
İqtisadiyyat Yaponiyada sənaye istehsalı son 7 ilin minimumuna düşüb

COVID-19 pandemiyası fonunda Yaponiyada sənaye istehsalı 2020-ci ilin may ay

arrow Ətraflı
SOCAR Gürcüstan törəməsindəki payını kəskin artırıb like
  • 30 İyn 12:52  
İqtisadiyyat SOCAR Gürcüstan törəməsindəki payını kəskin artırıb

“SOCAR Energy Georgia” şirkətində payını 16,3% artıraraq nəzarət pay

arrow Ətraflı
Azərbaycanda valyuta hərracında dollara tələb 22%-dən çox artıb like
  • 30 İyn 12:52  
İqtisadiyyat Azərbaycanda valyuta hərracında dollara tələb 22%-dən çox artıb

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı il

arrow Ətraflı
ARDNFnin 2019cu il büdcəsi icrası təsdiq olunmaq üçün Prezidentə təqdim edilib like
  • 30 İyn 12:51  
Digərləri ARDNFnin 2019cu il büdcəsi icrası təsdiq olunmaq üçün Prezidentə təqdim edilib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası AR

arrow Ətraflı
Məşhur cütlük 24 il sonra boşanır like
  • 30 İyn 12:46  
Digərləri Məşhur cütlük 24 il sonra boşanır

Dünyaca məşhur repçi Dr. Dre (Andre Romell Yang) və Nikol Yang boşanır.

arrow Ətraflı
Daha bir məmur ailəsi ilə koronavirusa yoluxdu like
  • 30 İyn 12:41  
Digərləri Daha bir məmur ailəsi ilə koronavirusa yoluxdu

Şəmkirdə vəzifəli şəxs və ailəsi koronavirusa yoluxub.

arrow Ətraflı
Rusiyanın tanınmış müğənnisi koronavirusa yoluxdu like
  • 30 İyn 12:40  
Dünya Rusiyanın tanınmış müğənnisi koronavirusa yoluxdu

"Onun harada yoluxduğunu demək çətindir”.

arrow Ətraflı
İranda xəbər portalının rəhbəri edam olunacaq like
  • 30 İyn 12:38  
Dünya İranda xəbər portalının rəhbəri edam olunacaq

“Amad nyuz” xəbər portalının rəhbəri Ruhullah Zam xarici kəşfiyyatda

arrow Ətraflı