Azərbaycanda aztəminatlı gənclərə yaşayış sahələri veriləcək


Siyasət 29 İyn 2020 14:58:31 208 0

Azərbaycanda aztəminatlı gənclərə yaşayış sahələri veriləcək

Prezident İlham Əliyev&Azərbaycan Respublikası Mənzil Məcəlləsində&dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Mənzil Məcəlləsindədəyişiklik edilməsi barədə qanunu imzalayıb.

"Report" xəbər verir ki, qanuna əsasən, sosial kirayə müqavilələri əsasında bu məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara,o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərədövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.