Ağdaşda karantin qaydalarını pozanlar həbs olundu - VİDEO - ƏLAVƏ EDİLİB


Siyasət 28 İyn 2020 15:40:00 211 0

Ağdaşda karantin qaydalarını pozanlar həbs olundu - VİDEO - ƏLAVƏ EDİLİB

Ağdaşda karantin qaydalarını pozaraq məclis təşkil edən obyekt&sahibi inzibati həbs olunub.

Video əlavə olunub

***11:35

Ağdaşda karantin qaydalarını pozaraq məclis təşkil edən obyektsahibi inzibati həbs olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”un Yuxarı Şirvan bürosuna verilən məlumata görə,Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xüsusi karantin qaydalarını pozmaqla, şəhər ərazisində yerləşən kafelərin birində 50 nəfərdən artıq şəxsin bir yerə toplaşaraq məclis təşkil etdiyi müəyyən olunub.

Həmin şəxslər restoranın açılışını qeyd etmək məqsədilə bir yerə toplaşdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən məclisi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə obyekti işlədən Asif İbrahimov 10 gün müddətinə inzibati həbs edilib, digərləri isə həbs olunub.