Nikah şəhadətnaməsində evlənən şəxslərin qohumluq əlaqələri qeyd olunacaq - QƏRAR


Siyasət 24 İyn 2020 10:40:20 251 0

Nikah şəhadətnaməsində evlənən şəxslərin qohumluq əlaqələri qeyd olunacaq - QƏRAR

Nazirlər Kabineti&“Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

Nazirlər Kabineti“Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”na əlavələr edilib.

Belə ki,Ailə Məcəlləsinə uyğun olaraqƏdliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən verilən şəhadətnəmadə evlənən və boşananşəxslərin qohumluq əlaqələrinin olub-olmaması qeyd olunacaq.

Həmçinin həmin məlumatlarmüvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında da qeyd ediləcək.

10-1 Qohumluq əlaqəsi haqqında məlumat – (babası və (və ya) nənəsi ümumi olanlar) əmioğlu əmiqızı dayıoğlu bibiqızı bibioğlu dayıqızı xalaoğlu xalaqızı yoxdur yoxdur