Azərbaycan hərbçiləri Moskvada keçirilən hərbi paradda iştirak edirlər


Siyasət 24 İyn 2020 11:00:00 180 0

Azərbaycan hərbçiləri Moskvada keçirilən hərbi paradda iştirak edirlər

Moskvadakı Qırmızı Meydanda Böyük Vətən müharibəsində əldə edilmiş Qələbənin 75 illiyi şərəfinə hərbi parad keçirilir

Moskvadakı Qırmızı Meydanda Böyük Vətən müharibəsində əldə edilmiş Qələbənin 75 illiyi şərəfinə hərbi parad keçirilir.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, hərbi paradda 13 mindən çox hərbi qulluqçu, 216 ədəd yerüstü hərbi texnika, 75 təyyarə və helikopter iştirak edir.

Azərbaycan, Belarus, Özbəkistan, Hindistan, Qazaxıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan və Türkmənistan parada nümayəndə heyətlərini göndərib.

Azərbaycan nümayəndə heyətinə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov rəhbərlik edir.

Qeyd edək ki, parad mayın 9-da keçirilməli idi, lakin koronaviruspandemiyası ilə əlaqədar iyunun 24-ə təxirə salınmışdı. Yeni tarix isə 24 iyun 1945-ci ildə Qırmızı Meydanda tarixi Qələbə Paradının keçirilməsinə həsr olunub.