İranlı nazir ABŞ rəsmisi ilə görüşdüyünü etiraf edib


Siyasət 05 İyn 2020 16:34:30 154 0

İranlı nazir ABŞ rəsmisi ilə görüşdüyünü etiraf edib

O, 13 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

İranın Xarici İşlər naziri Məhəmmədcavad Zərif

İranın Xarici İşlər naziri Məhəmmədcavad Zərif ABŞ-ın keçmişrəsmisi ilə görüşdüyünü etiraf edib.

“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu İranın XİN sözçüsü Abbas Musəvi Tehranda çıxan “İran” qəzetinə müsahibəsində deyib.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Onun sözlərinə görə, M.Zərif bir neçə ay əvvəl Nyu-Mexiko ştatının keçmiş valisi Bill Riçardsonla görüşüb: "Onlar ABŞ-da həbsdə olan İran İslam Respublikasında həbsdə saxlanılan ABŞ vətəndaşlarının məsələlərini müzakirə ediblər".

Qeyd edək ki, 683 gün İran həbsxanasında saxlanılan ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş məsul nümayəndəsi Maykl Uayt iyunun 4-də sərbəst buraxılıb. O, 13 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

İyunun 3-də ABŞ-da saxlanılan Sirus Əsgəri koronavirusa yoluxduğu üçün azad edilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp hadisəyə münasibət bildirərək deyib: “Mən prezident olduqdan sonra 40-dan çox amerikalı girovu və saxlanılan başqa şəxsləri ABŞ-a qaytardıq və bunun üçün İrana təşəkkür edirik. Bu, İranla sazişin mümkünlüyünü göstərir”.

Məhəmmədcavad Zərif razılaşmanın bəzi şəxslərə deyil, ABŞ-da və onun müttəfiqi sayılan ölkələrdə həbsdə olan bütün məhbuslara şamil olunacağını bildirib.

Bill Riçardson isə sosial şəbəkədəki səhifəsində məhbusların məsələsinin Zəriflə müzakirə etdiklərini paylaşıb.