DSX Ermənistan Müdafiə Nazirliyinə cavab verdi


Siyasət 05 İyn 2020 14:10:34 180 0

DSX Ermənistan Müdafiə Nazirliyinə cavab verdi

Dövlət Sərhəd Xidməti məlumat yayıb

İyunun 4-dəErmənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan «hayzinvor.am» saytında yerləşdirilmiş materialda Ermənistan Silahlı Qüvvə­lərinin Ermənistanın şimal-şərqində Azərbaycan Respublikası ilə dövlət sərhə­dində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib.

Bu barədə "Report"aDövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Bununla əlaqədar DSX rəsmi olaraq bildirib ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermə­nistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermə­nistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş möv­qeyi əldə etmə­si barədə məlumat həqiqətə tam ziddir.

"Əksinə, Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdudlaşdırılıb", - məlumatda bildirilib.