Naxçıvanda muzeyindəki eksponatların sırasına yeni texnika daxil edilib - VİDEO


Siyasət 04 İyn 2020 18:11:41 140 0

Naxçıvanda muzeyindəki eksponatların sırasına yeni texnika daxil edilib - VİDEO

Gənclərin hərbi vətənpərlik tərbiyəsində mühüm rol oynayan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib.

Gənclərin hərbi vətənpərlik tərbiyəsində mühüm rol oynayan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumat görə,26 adda eksponatla fəaliyyətə başlayan Naxçıvan Döyüş Şöhrəti Muzeyində silah və texnika nümunələrinin sayı artılaraq 40-a çatdırılıb.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Hazırda eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib. Yeni eksponatlardan 2 təlim təyyarəsi gənc pilotların hazırlanmasında istifadə olunub və 1 döyüş-nəqliyyat vertolyotu birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçib.Pilotlar tərəfindən “Uçan tank”, xarici görünüşünə görə isə "Timsah" adlandırılan Mİ-24V döyüş-nəqliyyat vertolyotundan döyüş əməliyyatları zamanı avtokarvanların və nəqliyyat helikopterlərinin müşahidəsi, düşmənin atəş vasitələrinin dəf edilməsi üçün istifadə edilirdi.

Təknəfərlik YAK-50 idman-aerobatik təlim və ikinəfərlik YAK-52 idman-aerobatik təlim-məşq təyyarələrindən hazırda Azərbaycan Ordusunun sıralarında xidmət edən pilotların hazırlanmasında istifadə edilib.

Açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində 3 yeni eksponatdan əlavə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş və döyüş yolu keçmiş top və minaatanlar, zenit raket kompleksləri, döyüş-nəqliyyat vertolyotu, döyüş təyyarələri, mühəndis texnikaları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.