Bakıda marketlərdən spirtli içki oğurlayan şəxs tutuldu


Kriminal 02 İyn 2020 12:36:00 216 0

Bakıda marketlərdən spirtli içki oğurlayan şəxs tutuldu

Bakıda marketlərdən və ticarət mərkəzindən oğurluq olub.

Son.az APA-ya istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu Bülbül prospektində yerləşən "Grand" marketdən 102 manatlıq, "Bolmart"dan 68 manat dəyərində spirtli içki oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində marketlərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü  Kamil Həsənov saxlanılıb.

K.Həsənovun mayın 30-da saat 03:45-də Səməd Vurğun küçəsində yerləşən "Af Mall" ticarət mərkəzindən spirtli içki oğurlayarkən mühafizəçinin onu gördüyü və əlindəki içkiləri yerə atdığı bildirilir.