MÖHTƏŞƏM İCAD Balı kapsula doldurub tǝbii antibiotik aldı


Digərləri 01 İyn 2020 23:45:00 174 0

MÖHTƏŞƏM İCAD  Balı kapsula doldurub tǝbii antibiotik aldı

Türkiyǝnin Qara dǝniz bölgǝsindǝ yerlǝşǝn Rizǝ şǝhǝrindǝ bir tǝşǝbbüskar balı kapsulun içinǝ yerlǝşdirib.

Habib Koçal dünyada ilk dǝfǝ olaraq balı kapsulun içinǝ yerlǝşdirib vǝ bunun patentini alıb.

Son.az xəbər verir ki, Rizǝli Habib Koçal 4 ildir davam etdirdiyi fǝaliyyǝtlǝri nǝticǝsindǝ ǝldǝ etdiyi dörd fǝrqli bal növünü kapsullara yerlǝşdirib vǝ buna dair hǝm beynǝlxalq hǝm dǝ Türkiyǝnin Patent İnstitutundan patent alıb.

Koçal dünyada indiyǝdǝk düşünülmǝmiş vǝ tǝtbiq edilmǝmiş kapsul bal ilǝ qıtlıq zamanlarında aclığın vǝ aclıqdan mǝnbǝlǝnǝn ölümlǝrin qarşısının alına bilǝcǝyini dǝ söylǝyib. Onun bildirdiyinǝ görǝ kapsula doldurulan balla tǝbii bir antibiotik ǝldǝ edilib.