Tikinti ilə bağlı tələblərdən biri ləğv edildi


Siyasət 01 İyn 2020 15:51:15 191 0

Tikinti ilə bağlı tələblərdən biri ləğv edildi

“Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nda dəyişikliklər edilib.

© Report

“Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nda dəyişikliklər edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinin siyahısı artırılıb.

Belə ki, bundan sonrayerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələrininekspertizadan keçirilməsi tələb olunmayacaq.

Eyni zamandainsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1 400 kvadratmetrdən, tikinti sahəsi 1 000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələrininekspertizadan keçirilməsi tələb olunmayacaq.

Qeyd edək ki,aşırım yanaşı yükdaşıyan konstruksiyaların mərkəzi oxları arasında olan məsafədir.