Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının vaxtı açıqlandı


Siyasət 31 May 2020 16:30:00 182 0

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında məlumat verib.

Spiker qeyd edib ki, parlamentin növbədənkənar sessiyasının ilk plenar iclası iyunun 1-də və 2-də keçiriləcək.