Müdafiə Nazirliyi: Yalan danışmaq deputata yaraşmaz


Siyasət 31 May 2020 14:31:42 179 0

Müdafiə Nazirliyi: Yalan danışmaq deputata yaraşmaz

Mayın 31-də Milli Məclisin növbəti iclasında millət vəkili Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir.

Müdafiə Nazirliyi

"Mayın 31-də Milli Məclisin növbəti iclasında deputatVahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir".

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib.

Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir", - nazirlikdən qeyd olunub.