Abonent "Azərişıq"ın əməkdaşını güllələdi


Kriminal 26 May 2020 18:49:42 173 0

Abonent "Azərişıq"ın əməkdaşını güllələdi

Masallıda güllələnmə hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, Masallı şəhər sakini, "Azərişıq" ASC-nin əməkdaşı, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırov rayonun Yeddioymaq kəndində 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov tərəfindən ov tüfəngi ilə güllələnib.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tərəflər arasında mübahisə işıq pulunu ödəmək üstündə yaranıb.

Hadisəni törədən şəxs artıq saxlanılıb.