Məktəblilər arasında onlayn bilik yarışı keçirilib


Siyasət 25 May 2020 16:41:20 162 0

Məktəblilər arasında onlayn bilik yarışı keçirilib

Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGBİ) ilə Xəzər İntellektual Gənclər Klubu onlayn bilik yarışı keçirib.

Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGBİ) ilə Xəzər İntellektual Gənclər Klubu onlayn bilik yarışı keçirib.

Baş İdarədən "Report"a verilən məlumata görə, məktəblilər arasındakı turnir33 komandanın iştirakı ilə, hər komandada minimum 8, maksimum 10 nəfər olmaq şərtilə təşkil edilib.

İki mərhələdən ibarət olan yarışın hər turda iştirakçılara 12 sual ünvanlanıb. Hər suala cavab vermək üçün1 dəqiqə vaxt verilib.Suallar əsasən ümumi tarix, dünya bilgisi, məntiq, ədəbiyyat, Azərbaycan, eləcə də dünyada baş verən ictimai-siyasi prosesləri əhatə edib.

Yarışı keçirməkdə məqsəd COVID-19 nəticəsində evdə qalmalarına baxmayaraq, komandaların intellektual səviyyələrini artırmaq və düşüncələrini təkmilləşdirməsini davam etdirməkdir.

Hər sual çox böyük marağa səbəb olub. Sağlam rəqabət əsasında verilən cavablar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Nəticədə 21 düzgün cavab verən "Latimeriya" birinci yeri tutub. "Ramos-Maricon" 20 düzgün cavabla ikinci, "Gryffindor" isə 20 düzgün cavabla üçüncü olub.

Qaliblərin karantin dövrü bitdikdən sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kubok və medalları ilə mükafatlandırılması nəzərdə tutulub.