"Sağlığıma badə qaldıranlar indi məni yada salmırlar" VİDEO


Kriminal 25 May 2020 14:10:00 181 0

"Sağlığıma badə qaldıranlar indi məni yada salmırlar"  VİDEO

Son.az bildirir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə 1991-ci ildə Rusiyanın Saratov şəhərində düyaya gələn Turqay Bədəlov  öz həyat hekayəsini danışıb.

Turqay Bədəlov - Məhkum (Cəzası 13 il 6 ay): "1995-ci ildə atam rəhmətə gedəndən sonra Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndinə köçmüşük. 2014-cü ilə qədər də həmin kənddə yaşamışam. 2014-cü ilin may ayında Bakıya işləmək üçün gəldim. Usta kimi mebel qapılar düzəldirdim.

İşimlə əlaqədar xırdavat satan bir nəfərlə münasibətim yarandı, sonra dost olduq. Bir gün bazardan gəlirdim, əlimdə mişar var idi. Gəldim bu dostumun evinə. Mənə ad günü olduğunu deməmişdi. 4-5 nəfərlə birlikdə onun ad gününü evdə qeyd etdik. Axşam təxminən saat 12-1 radələri idi onlardan çıxanda mişarı onlarda unutmuşdum.

Sabahısı gün gəldim mişarı götürməyə. Adi bir şeyin üstündə mübahisə başladı, söyüş söyməyə başladı. Mən söyüşləri bunun özünə qaytaranda məni vurmaq istədi. Əlimdə balaca oturacaq var idi, bununla vurdum onu. Sonra gördüm ki, əlində bıçaq var, gəlir üstümə. Çəkib bıçağı onun əlindən aldım, bıçaq əlimi kəsdi. Barmaqlarımın bir neçəsinin siniri kəsildi, hələ də işləmir barmaqlarım. Bıçağı əlindən alandan sonra görməzə-bilməzə buna iki bıçaq vurdum. Öldürmək məqsədilə vurmadım, qapının qarşısında dayanmışdı, vurdum ki, çəkilsin mən çıxım qaçım. Bıçağın onun harasına dəyməsini də hiss etmədim.

Mən onu ölümünə vurmadım, düşünmədim ki, ölə bilər, işə gedirdim. Həkim çağırmaq lazım idi, amma həmin an beynim dayanmışdı. Sonra mənə zəng gəldi, görüşə çağırdılar məni. Həmin yerə gedəndə mülki geyimli polislər gəldi, məni oradan götürüb həbs etdilər.

Ailəm Gürcüstanda qalır deyə mənim cinayətimdən xəbər tuta bilmədilər. Yalnız televiziya vasitəsilə xəbər tutublar mənim əməlimdən. Bir müddət evə zəng edə bilmədim, utandığımdan, sıxıldığımdan. Sonra zəng edib danışdım, bacım gəldi yanıma. Məsafə uzaqdır deyə yanıma tez-tez gələ bilmirlər. Daha sonra əmim gəldi yanıma.

Mən azadlığa çıxanda mənim 36 yaşım olacaq, mən o yaşda nə edəcəm? Bu yaşda həbsə girib, o yaşda çıxmaq adama çox ağır gəlir. Qapı ustası olsam da öz qapımı özüm üzümə bağladım. Qapı nə etsin ki, günahkar mən olandan sonra.