Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub
Siyasət 24 May 2020 22:10:00 159 0
Bu ilin 24 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon söhbəti olub.
Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğlunun Azərbaycanın 28 May- Respublikası Günü münasibətilə səmimi təbriklərini qəbul etdi. Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik etdilər və ən xoş arzularını ifadə etdilər.
Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi apardılar.
Mənbə: milli.az