Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyəti artırıldı FƏRMAN


Siyasət 08 Apr 2020 16:16:00 89 0

Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyəti artırıldı  FƏRMAN

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında 23 iyul 2015-ci il tarixli fərmanına dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fərmanla Agentliyə yeni səlahiyyət verilib.

Qurum bundan sonra aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini həyata keçirəcək.