Rəsmi Berlin Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i və onun nəticələrini tanımır
Siyasət 01 Apr 2020 14:07:00 114 0
Almaniya Federal Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələri üzrə müvəkkili Mixael Zibert Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı bəyanat verib.
Son.az Trend-ə istinadən bildirir ki, bəyanatda deyilir: "Biz dünən Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament seçkiləri"nin qanuni çərçivəsini tanımırıq. Həm seçkilər, həm də onların nəticələri qanunsuz sayılır".
Qeyd edək ki, martın 31-də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində - Dağlıq Qarabağda qondarma rejim tərəfindən "prezident və parlament" seçkiləri keçirilib.
Mənbə: milli.az