Xalq artisti: Xüsusi təcrid rejimini pozanlar təkcə öz sağlamlıqlarını deyil, öz doğmalarının da həyatını riskə atırlar


Kriminal 31 Mar 2020 13:26:00 148 0

Xalq artisti: Xüsusi təcrid rejimini pozanlar təkcə öz sağlamlıqlarını deyil, öz doğmalarının da həyatını riskə atırlar

Bu gün dünya böyük bir fəlakətlə üz-üzədir. Ölkəmiz də bu mənada çətin bir sınaq qarşısındadır.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında xanəndə, Azərbaycanın xalq artisti Mənsum İbrahimov deyib.

Onun sözlərinə görə, dövlət vaxtında önləyici addımlar atıb:

"Dövlətimiz həmişə xalqın, vətəndaşının yanındadır. Belə bir dövrdə milli həmrəylik, birlik çox vacibdir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Qısa müddətdə bu fonda ciddi ianələr edildi, xalqımız birliyini bir daha nümayiş etdirdi. Bir sənətçi kimi mən də cənab Prezidentin çağırışına qoşuldum, bir aylıq vəzifə maaşımı bu fonda köçürdüm. Belə bir zamanda ianənin məbləği yox, xalqımızın həmrəyliyi önəmlidir".

Xalq artisti qeyd edib ki, Azərbaycan xalqı mübarizdir və həmişə belə çətin zamanlarda öz birliyini ortaya qoyub: