Mədəniyyət Nazirliyi yeni layihəyə start verdi


Kriminal 29 Mar 2020 16:39:00 155 0

Mədəniyyət Nazirliyi yeni layihəyə start verdi

Mədəniyyət Nazirliyi "Yaradıcılığı evdə öyrən(#yaradıcılığıevdəöyrən) - özünü kəşf et və bacarıqlarınla tanın" adlı yeni layihəyə start verib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hazırda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVİD-19 xəstəliyinin pandemiya elan edilməsi, xəstəliyin dünya üzrə geniş kütlə arasında yayılmasını nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi rejimə keçilməsi il bağlı qərar qəbul edilib.

Bu baxımdan digər sahələrdə olduğu kimi mədəniyyətin online təbliği, insanlara evdə boş vaxtlarını səmərəli təşkili üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi "Yaradıcılığı evdə öyrən - özünü kəşf et və bacarıqlarınla tanın" adlı yeni layihəyə start verib.

Layihə insanlara yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaradacaq.

Bu məqsədlə Nazirliyin "Youtube" kanalından, "Facebook", "İnstagram" səhifələrindən maksimum istifadə olunmaqla adıçəkilən layihə həyata keçirilməkdədir.

Artıq layihəyə müxtəlif yaradıcı şəxslər qoşulub. Belə ki, hər biri 30-45 saniyəlik #yaradıcılığıevdəöyrən layihəsinə qoşulmaqla bağlı çağırış videoları, eyni zamanda aşıq musiqisini və müxtəlif yaradıcı şəxslərin sahələri üzrə maarifləndirici, təlim videolarını artıq Mədəniyyət Nazirliyinin sosial şəbəkələrində görmək mümkündür.