Milli Məclisin bəzi deputatları sabahkı plenar iclasa qatılmayacaq


Siyasət 29 Mar 2020 14:38:41 138 0

Milli Məclisin bəzi deputatları sabahkı plenar iclasa qatılmayacaq

Milli Məclisin sabah – martın 30-da keçiriləcək növbəti plenar iclasında yaşı 65-dən çox olan deputatlar iştirak etməyəcək.

Milli Məclis

Milli Məclisin sabah - martın 30-da keçiriləcək növbəti plenar iclasında bəzi deputatlar iştirak etməyəcək.

“Report”un əldə etdiyi məlumata görə, yaşı 65-dən yuxarı olan deputatlara xüsusi karantin rejiminə əməl etmək və sabahkı iclasa qatılmamaq tövsiyə edilib.

Qeyd edək ki, Milli Məclisin sabahkı iclası saat 11:00-da başlayacaq. İclasın gündəliyinə 16 məsələ daxil edilib.