Qusarda oğul anasının boğazını kəsib qaçdı


Kriminal 29 Mar 2020 11:50:00 382 0

Qusarda oğul anasının boğazını kəsib qaçdı

Qusar rayonu ərazisində qətl hadisəsi baş verib. 

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Xurel kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Maisə Aydəbəy qızını boğaz nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib.   

Qətli törətdikdən sonra N.Əhmədov hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Faktla bağlı cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri aparılır.