Bakıda hoteldən 2000 manatlıq samovarlar oğurlandı


Kriminal 28 Mar 2020 15:03:00 154 0

Bakıda hoteldən 2000 manatlıq samovarlar oğurlandı

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də rayon ərazisindəki hotellərin birindən 2000 manat dəyərində 2 ədəd samovar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini A.Qasımlı və Bakı şəhər sakini E.Nuruyev saxlanılıblar.

Araşdırma aparılır.