Müdafiə Nazirliyi: Koronavirusla mübarizə üçün tədbirlər görülür


Siyasət 27 Mar 2020 13:47:48 68 0

Müdafiə Nazirliyi: Koronavirusla mübarizə üçün tədbirlər görülür

Bu gün koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə və tələblərindən irəli gələrək Azərbaycanda da bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bu gün koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə və tələblərindən irəli gələrək Azərbaycanda da bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

“Report” xəbər verir ki, koronavirus infeksiyasının pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, Müdafiə Nazirliyinin aidiyyəti strukturları da bu sahədə zəruri işlər həyata keçirir.

Belə ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nəzarəti altında ölkədə aparılan sanitar-gigiyena, əks-epidemik və dezinfeksiya işləri fonunda Azərbaycan Ordusunda da profilaktik tədbirlər birmənalı şəkildə aparılır.

Azərbaycan Ordusunun şəxsi heyətinin yeni növ koronavirus infeksiyasına (COVİD-19) yoluxmasının qarşısının alınması üçün müdafiə naziri əmr imzalayıb və tədbirlər planı təsdiqləyib. Bundan əlavə, müdafiə nazirinin Birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi də Azərbaycan Ordusunun hərbi qulluqçularının və mülki işçilərinin sağlamlığının qorunması, koronavirus infeksiyasının hərbi hissələrə sirayətinin qarşısının alınması məqsədi ilə sərəncam imzalayıb.

Eyni zamanda, müvafiq idarələr tərəfindən koronavirusun profilaktikası, diaqnostikası və müalicəsinə dair təlimatlar hazırlanaraq qoşunlara, hərbi müalicə müəssisələrinə göndərilib, koronavirusa qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB-lə koordinasiyalı iş təşkil edilib. Müdafiə Nazirliyinin müvafiq idarələri və tabeliyində olan qurumlar gücləndirilmiş iş rejiminə keçərək Səhiyyə Nazirliyi və onun müvafiq qurumları ilə qarşılıqlı fəaliyyət göstərir. Ən müasir tibbi avadanlıqlarla tam təchiz edilən mobil səyyar hospitallar ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün həkim briqadası ilə hazır vəziyyətə gətirilib.

Azərbaycan Ordusunda yoluxucu xəstəliklərə qarşı mübarizə və onlardan qorunma ÜST-ün tövsiyələrinə müvafiq olaraq elmi cəhətdən əsaslandırılmış profilaktik və əks epidemik tədbirlər kompleksi çərçivəsində aparılır. Bu tədbirlər kompleksi 3 əsas həlqədən ibarətdir: mümkün risklərin aşkara çıxarılması, bu risklərin qiymətləndirilməsi və onların idarə olunması, yəni təsirinin minimum səviyyəsinə endirilməsi. Hərbi qulluqçular arasında qeyd olunan tədbirlər kompleksinin effektiv həyata keçirilməsi rəhbərliyin daimi tələbidir.

Hospitallara və tibb məntəqələrinə müraciət edən hər bir hərbi qulluqçu barədə məlumat xüsusi rabitə vasitəsi ilə dərhal rəhbərliyə məruzə olunur, eyni zamanda çevik, adekvat, profilaktik və diaqnostik müalicə tədbirləri görülür. Məhz, Ali Baş Komandan İlham Əliyevin daim diqqət və qayğısı, Ordu rəhbərliyinin ciddiliyi və tələbkarlığı, eləcə də hərbi həkimlərin fədakarlığı sayəsində hal-hazırda hərbi qulluqçularımızın sağlamlığı kifayət qədər yüksək səviyyədə təmin olunur.

Nəticədə tibbi hərbi hissə və müəssisələr ciddi əks epidemik iş şəraitində fəaliyyətə hazırlanıb, xəstələrin təcridi üçün müvafiq bokslar yaradılıb, onlar lazımi avadanlıqlarla təchiz edilib, tibb heyəti təlimatlandırılıb. Şəxsi heyət fərdi mühafizə vasitələri ilə (qoruyucu geyim, tibbi maskalar, əlcəklər və sair) təchiz olunub. Hospital və poliklinikalar həkim-infeksionistlərlə komplektləşdirilib.

Şəxsi heyət arasında koronavirus infeksiyasından qorunma yolları barədə maarifləndirmə işləri aparılır, bütün hərbi hissələr dərman preparatları, dezinfeksiyaedici maddələr və vasitələrlə tam təchiz olunub, onların ehtiyatı yaradılıb. Şəxsi heyətə gündə 3 dəfə bədən termometriyası aparılır. Bununla yanaşı, hərbi qulluqçuların immunitetinin gücləndirilməsi (vitaminlər, fitonsidlər) üçün müvafiq tədbirlər görülür. Nəzarət-buraxılış məntəqələri, kazarmalar və sair yerlər gündəlik dezinfeksiya olunur. Hərbi hissəyə daxil olan hərbi qulluqçular və mülki işçilərə nəzarət-buraxılış məntəqələrində tibbi baxış və termometriya aparılır. Kazarma və otaqların havasının dəyişdirilməsinə, temperatur və rütubət rejiminə nəzarət gücləndirilib. Xüsusi zərurət olduğu hallar istisna olmaqla bütün ezamiyyətlər dayandırılıb. Ən əsası odur ki, aparılan profilaktik tədbirlərin keyfiyyətinə gündəlik nəzarət olunur.

Azərbaycanın şimal sərhədlərində koronavirusa ilk yoluxma qeydə alındı like
  • 27 Mar 13:46  
Dünya Azərbaycanın şimal sərhədlərində koronavirusa ilk yoluxma qeydə alındı

Dağıstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb.

arrow Ətraflı
Mədəniyyət Nazirliyi Xalq artistinin dəfni ilə bağlı vətəndaşlara müraciət etdi like
  • 27 Mar 13:40  
Digərləri Mədəniyyət Nazirliyi Xalq artistinin dəfni ilə bağlı vətəndaşlara müraciət etdi

Mədəniyyət Nazirliyi koronavirus infeksiyasının qarşısının alınması m

arrow Ətraflı
Balakəndə “Vitka” ləqəbli narkotacir saxlanıldı like
  • 27 Mar 13:35  
Digərləri Balakəndə “Vitka” ləqəbli narkotacir saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsu

arrow Ətraflı
Vətəndaşları avtomobilin yük yerində Bakıya keçirmək istəyənlər saxlanıldılar - FOTO like
  • 27 Mar 13:25  
Sosial Vətəndaşları avtomobilin yük yerində Bakıya keçirmək istəyənlər saxlanıldılar - FOTO

Xüsusi karantin rejimini pozaraq evakuator və avtomobilin yük yerində paytax

arrow Ətraflı
Bakıya maşının “baqaj”ında girmək istəyən şəxs ələ keçdi  FOTO like
  • 27 Mar 13:24  
Digərləri Bakıya maşının “baqaj”ında girmək istəyən şəxs ələ keçdi FOTO

Bildiyiniz kimi koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlı

arrow Ətraflı
"Koronavirus olduğum müddətdə onlarla qidalandım" like
  • 27 Mar 13:18  
Dünya "Koronavirus olduğum müddətdə onlarla qidalandım"

Bir müddət öncə koronavirusa yoluxduğunu bildirən aktrisa Olqa Kurylenko s

arrow Ətraflı
DSX: Düşmən təxribatının qarşısı alınıb like
  • 27 Mar 13:13  
Siyasət DSX: Düşmən təxribatının qarşısı alınıb

Bu gün saat 12:00 radələrindən başlamaqla Qazax rayonu istiqamətində sər

arrow Ətraflı
Litvada koronavirusa yoluxanların sayı 299 nəfər olub like
  • 27 Mar 13:13  
Dünya Litvada koronavirusa yoluxanların sayı 299 nəfər olub

Litvada son sutka ərzində koronavirusa yoluxanların sayı 25 nəfər artaraq

arrow Ətraflı
Yol polisi koronavirusla bağlı sürücülərə və vətəndaşlara xəbərdarlıq etdi like
  • 27 Mar 13:07  
Digərləri Yol polisi koronavirusla bağlı sürücülərə və vətəndaşlara xəbərdarlıq etdi

Karantin rejimi ona görə tətbiq olunub ki, hərəkət və təmas minimuma end

arrow Ətraflı
Sərhəddə növbəti erməni təxribatının qarşısı alındı like
  • 27 Mar 13:03  
Siyasət Sərhəddə növbəti erməni təxribatının qarşısı alındı

27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax ra­yo­nu istiqamət

arrow Ətraflı
Çinə əcnəbilərin girişi qadağan edildi like
  • 27 Mar 13:02  
Dünya Çinə əcnəbilərin girişi qadağan edildi

Çin hökuməti xaricdən ölkəyə yeni növ koronavirus (COVID-19) infeksiyas

arrow Ətraflı
Rusiyada bir gündə 200ə yaxın adam koronavirusa yoluxdu like
  • 27 Mar 12:56  
Dünya Rusiyada bir gündə 200ə yaxın adam koronavirusa yoluxdu

Rusiyada son sutka ərzində 196 nəfər koronavirusa yoluxub.

arrow Ətraflı
DİN: Karantin rejiminə baxmayaraq tranzit yük avtomobillərinin hərəkəti təmin edilir like
  • 27 Mar 12:52  
Sosial DİN: Karantin rejiminə baxmayaraq tranzit yük avtomobillərinin hərəkəti təmin edilir

Azərbaycan Respublikasındə koronavirus pandemiyasına görə xüsusi karantin

arrow Ətraflı
Pulsuz çatdırılma vasitəsi ilə Kontakt Homeu evinizə gətirin! like
  • 27 Mar 12:50  
Digərləri Pulsuz çatdırılma vasitəsi ilə Kontakt Homeu evinizə gətirin!

"Bayramda alaram", "Bayramda gedib seçərik", "Bayram

arrow Ətraflı