Bakıda qadına qarşı soyğunçuluq edildi


Kriminal 26 Mar 2020 16:49:00 157 0

Bakıda qadına qarşı soyğunçuluq edildi

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu, F. İbrahimbəyov küçəsində qeydə alınıb. 

Naməlum şəxslər E. Qasımovaya xəsarət yetirərək, içərisində qızıl və mobil telefonu olan çantasını alıb qaçıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri - əvvəllər məhkum olunmuş Ə. Məmmədov saxlanılıb. Digər şəxsin də kimliyi müəyyənləşdirilib.