"Prezident İlham Əliyevin hədəfi ölkəmizi bu vəziyyətdən az itkilərlə çıxarmaqdır"


Siyasət 26 Mar 2020 10:55:00 62 0

"Prezident İlham Əliyevin hədəfi ölkəmizi bu vəziyyətdən az itkilərlə çıxarmaqdır"

Azərbaycan xalqı tarixən bütün sınaqlardan üzüağ, alnıaçıq, başıuca çıxıb. Şübhə yoxdur ki, hazırda dünyada tüğyan edən koronavirus bəlasını da ölkəmiz uğurla dəf edəcək. Ən başlıcası isə odur ki, vəziyyət şəxsən prezident İlham Əliyevin ciddi nəzarətindədir. Azərbaycan güclü dövlətdir və bu gün ölkəmizin, vətəndaşlarımızın zərər çəkməməsi üçün bütün imkanlar səfərbər edilib. İlk gündən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Prezidentin tapşırığı ilə ictimaiyyət görülən tədbirlərlə bağlı mütəmadi olaraq məlumatlandırılır. Ölkədə xüsusi karantin rejimi elan olunub. Virusa yoluxmuş şəxslərin müalicəsi üçün ən müasir şərait yaradılıb. Vaxtında yeni tibbi avadanlıqlar, laboratoriyalar, testlər alınıb.

Ölkə başçısı Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıb və fonda 20 milyon manat vəsait ayırıb. Prezident İlham Əliyevin, ardınca isə Birinci vitse-prezident Mehriban Əliyevanın 1 illik əməkhaqqlarını fonda bağışlaması cəmiyyətimiz üçün örnək olub. Bu humanist addıma dəstək kimi dövlət qurumları, şirkətlər, hüquqi və fiziki şəxslər fonda ianələr veriblər. Artıq fondda kifayət qədər böyük məbləğ toplanıb. Bütün bunlar milli həmrəyliyin, yüksək vətəndaşlıq mövqeyinin, cəmiyyətimizdə formalaşmış böyük humanizm və mərhəmət hissinin göstəricisidir. Azərbaycan prezidenti tərəfindən irəli sürülmüş bu təşəbbüs eyni zamanda bütün dünya ölkələri - bəşəriyyət və insanlıq üçün əvəzsiz nümunədir. Prezident İlham Əliyevin pandemiyanın ölkəmizə mənfi təsirlərini aradan qaldırmaq məqsədilə 1 milyard manat vəsait ayırmasını isə xüsusilə vurğulamaq lazımdır. Bu addım heç şübhəsiz ki, iqtisadiyyatımızın stumullaşmasına böyük töhvə verəcək. Prezidentin əsas məqsədi bu çətin məqamda sahibkarlığa dəstək göstərmək, yarana biləcək məşğulluq problemini həll etmək, makroiqtisadi sabitliyi qoruyub saxlamaqdır. Beləliklə, tam əminliklə demək olar ki, Azərbaycan bu nümunəvi addımı ilə də regionda birinciliyə imza atdı.

Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanında yer olub. Xüsusilə də ən çətin məqamlarda. Prezident İlham Əliyev dar gündə həmişə xalqına arxa, dayaq olub, ona həm maddi, həm mənəvi dəstək göstərib. Vətəndaş amili dövlət üçün prioritet təşkil edib, ön planda dayanıb. Biz bu gün də - ölkəmizin və xalqımızın növbəti sınaq qarşısında olduğu bir zamanda da bu siyasətin şahidiyik. Dünyada koronavirusla bağlı gedən proseslər göz önündədir. Hətta bəzi inkişaf etmiş ölkələrdə yoluxma və ölüm sayları durmadan artır, vəziyyət nəzarətdən çıxır, infeksiya faicəvi hal alır, dövlətlər aciz duruma düşür. Azərbaycanda isə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vizəyyət tam nəzarətdədir. Dövlət bütün imkanlarını virusun yayılmasının qarşısını almağa, ölüm hallarının baş verməməsinə yönəldib.

Lakin, bütün bu prosesdə sözsüz ki, vətəndaşlar da dövlətin yanında olmalı, görülən bütün tədbirləri birmənalı dəstəkləməli, qəbul edilən hər bir qərara ciddi əməl etməldir. Bu gün bütün Azərbaycan həmrəy olmalıdır. Unutmayaq ki, milli həmrəylik milli təhlükəsizliyimizin əsas şərtidir. Belə bir deyim var - ailə kiçik dövlətdir. Bu gün prezident İlham Əliyev var gücü ilə öz ölkəsini, vətəndaşlarını necə qorumağa çalışırsa, hər bir ailə başçısı da ailə üzvlərini, övladlarını qorumalı, insanlar ölkədə tətbiq olunan xüsusi karantin rejimini anlayışla qarşılamalı, yeni qaydalara riayət etməldir. Çünki, atılan hər bir addım, qəbul edilən hər bir qərar, qoyulan qadağa və məhdudiyyətlər Azərbaycan vətəndaşlarının sağlamlığı üçündür. Məqsəd faciənin miqyasını minimuma endirmək, ölkəmizi təhlükəli virusdan qorumaq və hadisələrin mənfi istiqamətdə inkişafının qarşısını almaqdır.

Koronavirusla mübarizədə həkimlərin, tibbi personalın da xidmətlərini vurğulamaq lazımdır. Çünki, bu gün həkimlərimiz həqiqətən də xüsusi qəhrəmanlıq, fədakarlıq göstərirlər. Baxmayaraq ki, sağlamlıqları risk altındadır, vəzifə borclarını layiqincə yerinə yetirirlər. Təsadüfi deyil ki, prezident İlham Əliyev xəstələrə qulluq edən həkimlərin də əməyinə layiqli qiymət verdi və onların maddi vəziyyətinin yaxşılaşdırılması üçün əməkhaqlarını bir neçə dəfə artırdı.

Yəni, Azərbaycan prezidentinin atdığı hər bir addım, vaxtında qəbul etdiyi qabaqlayıcı qərarlar dünya ölkələri üçün müsbət praktika, effektli nümunə ola bilər.

Prezident İlham Əliyevin hədəfi ölkəmizi bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxarmaqdır. Danılmaz həqiqətdir ki, Azərbaycanda həmişə möhkəm və sarsılmaz xalq-iqtidar birliyi olub. İlham Əliyevin siyasəti xalq tərəfindən daim müdafiə edilib və bu gün də bu dəstək ortadadır. Şübhə yoxdur ki, bu dəstək, həmçinin vətəndaş məsuliyyəti, milli birlik dövlətimizin gücünə güc qatacaq və Azərbaycan tezliklə bu xəstəliyə qalib gələcək.

Sahil Kərimli Trend İnformasiya Agentliyinin baş direktor müavini

Rusiya dünya ilə hava əlaqəsini dayandırır like
  • 26 Mar 10:50  
Dünya Rusiya dünya ilə hava əlaqəsini dayandırır

Rusiya hökuməti koronavirus infeksiyasının ölkə ərazisində yayılmasın

arrow Ətraflı
Körpə 16 saat anasının meyitinin yanında qalıb like
  • 26 Mar 10:46  
Dünya Körpə 16 saat anasının meyitinin yanında qalıb

Tibbi ekspertiza müayinəsi onun koronavirusa yoluxduğu müəyyən edib

arrow Ətraflı
Gürcüstanda koronavirus hallarının sayı 77-yə çatdı like
  • 26 Mar 10:41  
Dünya Gürcüstanda koronavirus hallarının sayı 77-yə çatdı

Gürcüstanda təsdiqlənən koronavirus hallarının sayı 77-yəçatıb.

arrow Ətraflı
Azərbaycanda "koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür like
  • 26 Mar 10:39  
Digərləri Azərbaycanda "koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür

Azərbaycanda "Koronavirusla mübarizə büdcə"si 1,1 milyard manatı

arrow Ətraflı
Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHI like
  • 26 Mar 10:37  
Sosial Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHI

Koronavirus pandemiyası (COVİD- 19) son 24 saatda rekorda imza atıb.

arrow Ətraflı
Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür” like
  • 26 Mar 10:33  
İqtisadiyyat Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür”

​Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manat

arrow Ətraflı
Deputat koronavirusa yoluxdu, parlament karantinə alındı like
  • 26 Mar 10:33  
Dünya Deputat koronavirusa yoluxdu, parlament karantinə alındı

Latviyanın ən qalmaqallı siyasətçilərindən biri, şoumen, aktyor və depu

arrow Ətraflı
Türkiyədə koronavirusdan ölən qızın paylaşımları diqqət çəkdi like
  • 26 Mar 10:28  
Dünya Türkiyədə koronavirusdan ölən qızın paylaşımları diqqət çəkdi

Türkiyədə koronavirusun qurbanlarından biri 33 yaşlı Dilek Tahtalı olub.

arrow Ətraflı
Ermənistanda koronavirusa yoluxanların sayı 300-ə yaxınlaşır like
  • 26 Mar 10:26  
Dünya Ermənistanda koronavirusa yoluxanların sayı 300-ə yaxınlaşır

18 nəfərin sağaldığına dair məlumat yayılıb.

arrow Ətraflı
Axtarışda olan 5 nəfər saxlanıldı like
  • 26 Mar 10:22  
Sosial Axtarışda olan 5 nəfər saxlanıldı

​Paytaxtın polis orqanları 17 cinayətin üstünü açıb

arrow Ətraflı
Pərviz "Survivor"dan koronavirusa görə evinə zəng etdi: like
  • 26 Mar 10:22  
Şou-biznes Pərviz "Survivor"dan koronavirusa görə evinə zəng etdi:

Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu dünyaca məşhur "Su

arrow Ətraflı
Sərnişinlər Bakıdakı 50-dən çox marşrut avtobusunda dezinfeksiya dispenserlərini qırıb like
  • 26 Mar 10:17  
Sosial Sərnişinlər Bakıdakı 50-dən çox marşrut avtobusunda dezinfeksiya dispenserlərini qırıb

​Sərnişinlər Bakıdakı 50-dən artıq marşrut avtobusunda dezinfeksiya di

arrow Ətraflı
Ərdoğan da G20nin toplantısına qatılır like
  • 26 Mar 10:17  
Dünya Ərdoğan da G20nin toplantısına qatılır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 dövlətlərinin fövqəladə

arrow Ətraflı
Cəbhədə növbəti təxribat: like
  • 26 Mar 10:06  
Siyasət Cəbhədə növbəti təxribat:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Sumqayıt sakinləri Balakəndə narkotiklə tutuldu like
  • 26 Mar 10:05  
Sosial Sumqayıt sakinləri Balakəndə narkotiklə tutuldu

Balakən polisi narkotik maddə saxlayan şəxsləri saxlayıb

arrow Ətraflı