Vüsal Qasımlı: Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır


Siyasət 25 Mar 2020 10:54:00 57 0

Vüsal Qasımlı: Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır

Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Qərarı Trend-ə şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, xüsusi karantin rejiminin böyük əhəmiyyət daşıyır:

"Dünya üzrə riyazi modelləşdirmə onu göstərir ki, sərt izolyasiya və gigiyenik tədbirlər görülməyəndə koronavirusa yoluxan bir şəxs orta hesabla 2-3 nəfəri yoluxdurur. Bəzi ölkələrdə koronovirusun yayılmasının böyük sürəti də bununla bağlıdı. Çində ilk vaxtlar epidemiya hər 6,4 gündə iki dəfə arealını genişləndirmişdi. Amma riyazi modelləşdirmə göstərir ki, yoluxma səviyyəsinin 25-50% aşağı salınması xəstəliyin yayılmasını əhəmiyyətli dərəcədə azalda bilər. Yoluxmanın 63%-dən çox azalması isə pandemiyanın səngiməsinə səbəb ola bilər. Yoluxmanı azaltmaq üçün də social izolyasiya əsas şərtdir və Azərbaycanda xüsusi karantin qaydalarına ciddi əməl edilməsi hər birimizin social məsuliyyətidir.Yalnız social izolyasiya yoluxmanın qarşısını almağa və vəziyyəti nəzarətdə saxlamağa imkan verə bilər."

O bildirir ki, bütün dünyada baza reproduktiv kəmiyyəti, yəni koronovirusa yoluxmuş insanların özündən başqa daha neçə insanı yoluxdurması göstəricisi nəzarətə götürülür:

"Başqa ölkələrdə olduğu kimi Azərbaycanın da səhiyyə sisteminin bəlli bir "kritik gücü" var. Bu gün ölkəmizdə əhalinin hər 10 min nəfərinə 33 həkim, 54 orta tibb işçisi və 45 çarpayı düşür. Azərbaycan höküməti xüsusi karantin tətbiq etməklə pandemiyanın baza reproduktiv göstəricisini aşağı salmağa və vəziyyətə tam nəzarəti həyata keçirməyə çalışır və buna müvəffəq olur. Xüsusi karantin "koronavirus əyrisi"ni "ütüləməyə" və vəziyyəti nəzarətdə saxlamağa imkan verir.

Düzdür, sosial izolyasiya, qlobal şoklar və aşağı neft qiymətləri şəraitində iqtisadi itkilər qaçılmazdır. Amma indiki halda sosial izolyasiyadan doğan itkilər pandemiyanın səhiyyə sisteminin nəzarətindən çıxmasından yarana biləcək fəsadlarla müqayisədə dəfələrlə aşağıdır. Buna görə də xüsusi karantin tələblərinə anlayışla yanaşılmalı və əməl edilməlidir. Karantin nə qədər əvvəl olsa, bir o qədər də effektiv sayılır və sonrakı günlərdə yoluxma sayını daha çox azaldır. İqtisadi itkiləri zamanla bərpa etmək olacaq, buna görə də əsas Azərbaycan insanını qorumalıyıq".

Temperatur və rütubətin artması koronavirusu məhv etməyəcək amma... like
  • 25 Mar 10:48  
Dünya Temperatur və rütubətin artması koronavirusu məhv etməyəcək amma...

Çinli alimlərin apardığı araşdırmalara əsasən, havanın temperaturunun

arrow Ətraflı
BNA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə edib like
  • 25 Mar 10:43  
İqtisadiyyat BNA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə edib

​BNA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə edib

arrow Ətraflı
Qocalar evinə girən polis dəhşətə gəldi like
  • 25 Mar 10:42  
Dünya Qocalar evinə girən polis dəhşətə gəldi

Qocalar Evinə daxil olan polislər yaşlı insanların cansız bədənləri il

arrow Ətraflı
Çində yeni virus  Hantavirus nədir? like
  • 25 Mar 10:36  
Dünya Çində yeni virus Hantavirus nədir?

"Hantaan və ya hanta" adlanan hantavirus Bunyaviridae qrupundakı tə

arrow Ətraflı
Vüsal Qasımlı: “Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır” like
  • 25 Mar 10:35  
İqtisadiyyat Vüsal Qasımlı: “Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır”

​Vüsal Qasımlı: “Xüsusi karantin pandemiyanın yayılma sürətini azald

arrow Ətraflı
Özbəkistanda yeni koronavirusa yoluxma halları aşkarlanıb like
  • 25 Mar 10:31  
Dünya Özbəkistanda yeni koronavirusa yoluxma halları aşkarlanıb

Özbəkistanda daha 5 nəfərdə yeni növ koronavirus aşkar edilib

arrow Ətraflı
Mineral suların koronavirusa qarşı faydası varmı? like
  • 25 Mar 10:30  
Digərləri Mineral suların koronavirusa qarşı faydası varmı?

Mineral sular bədənin xəstəliklərə qarşı immunitetinin güclənməsinə

arrow Ətraflı
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı like
  • 25 Mar 10:26  
Sosial Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirus yoluxma hallarının sayı 73-ə çatıb.

arrow Ətraflı
Azərbaycanda elektrik enerjisi istehsalı 4%-dən çox artıb like
  • 25 Mar 10:24  
İqtisadiyyat Azərbaycanda elektrik enerjisi istehsalı 4%-dən çox artıb

​Azərbaycanda elektrik enerjisi istehsalı 4%-dən çox artıb

arrow Ətraflı
Karantin günlərində pozitivə necə köklənək? like
  • 25 Mar 10:18  
Digərləri Karantin günlərində pozitivə necə köklənək?

Sizə pozitiv təsir etməyən informasiyaları oxumağa və ya onlara baxmağa

arrow Ətraflı
Vüqar Bayramov: "Azərbaycanda iqtisadi artım daha çox qeyrineft sektorunun hesabına baş verir" like
  • 25 Mar 10:12  
Digərləri Vüqar Bayramov: "Azərbaycanda iqtisadi artım daha çox qeyrineft sektorunun hesabına baş verir"

2020-ci ilin iki ayının yekunları onu göstərir ki, Azərbaycanda iqtisadi a

arrow Ətraflı
Bakı Media Mərkəzi koronavirusla bağlı yeni videoçarxlar hazırladı like
  • 25 Mar 10:09  
Digərləri Bakı Media Mərkəzi koronavirusla bağlı yeni videoçarxlar hazırladı

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və

arrow Ətraflı
Koronavirusun kəskin yayıldığı kruiz layneri dezinfeksiya edildi like
  • 25 Mar 10:08  
Dünya Koronavirusun kəskin yayıldığı kruiz layneri dezinfeksiya edildi

ABŞ-ın kruiz gəmisi bu gün Yaponiyanın Yokohama limanını tərk edəcək

arrow Ətraflı