Siyasi marionetlərin maskaları yırtılır


Siyasət 25 Mar 2020 10:00:00 56 0

Siyasi marionetlərin maskaları yırtılır

COVİD-19 koronavirusu dünyada tüğyan edir. Ərazisindən, əhalisindən, iqtisadiyyatından, hərbi imkanlarından və maliyyə gücündən asılı olmayaraq bütün ölkələr bu pandemiya qarşısında məğlub olublar.

Renuan və Kiribati kimi cırtdan ada dövlətlər də, ABŞ və Çin kimi meqadövlətlər də koronavirusun zərbələrinə məruz qalıb.

Yüz minlərlə insan bəlaya yoluxub, minlərlə insan bu xəstəlikdən həlak olub.

Lakin məşum koronavirusdan da təhlükəli mərəz var.

Siyasi korafəhmlik, mənsub olduğun xalqın maraqlarını və dövlətin mənafelərini qəsdən, bilərəkdən qulaqardına vuraraq konkret istəklərin əsirinə çevrilmək daha pisdir.

Azərbaycandakı radikal müxalifətin bir sıra nümayəndələri, daha doğrusu, özlərini "lider" adlandıran şəxslər hələ də qəflət yuxusundan ayıla bilmədikləri üçün qaranı ağ görür, ağı da qara qələmə verməyə çalışırlar.

AXCP sədri və həm də bloqer Əli Kərimli, marionet "Demokrtik Qüvvələrin Milli Şura"nın rəhbəri Cəmil Həsənli vəziyyətdən yararlanmaq fikrinə düşərək sırf merkantil, cılız maraqlarını təmin etməyə çalışırlar.

Fəqət, bunu da bacarmırlar.

Koronavirus pandemiyası Azərbaycanın radikal müxalifəti üçün nə qədər paradoksal olsa da, bir şans idi.

Radikal müxalifət bu çətin, ağır günlərdə məsuliyyətini və xalqla birliyini nümayiş etdirə bilərdi.

Etmədi.

Halbuki Azərbaycanın daxili siyasətinin müxalifət düşərgəsinə mənsub olan partiyalar arasında tam fərqli davrananlar da var. Məsələn, Ümid Partiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürəcəyini bəyan etməklə yanaşı, ölkədə koronavirusa qarşı aparılan mübarizəyə qoşulduğunu və dövlətin bu istiqamətdə atdığı addımları tam dəstəklədiyini bəyan edib.

Daha beş müxalifət partiyası da analoji qərarlarını açıqlayıblar.

Bu, onların adekvat və normal müxalifət olduğuna dəlalət edir. Çünki xalqın və dövlətin çətin sınaqdan keçdiyi, cəmiyyətdə istisnasız olaraq hamımızın ümumi məqsəd üçün çalışmağımızın və rəsmi qurumların göstərişləri ilə tövsiyyələrinə əməl etməyimizin gərəkdiyi bir dövrdə iqtidarla müxalifət bölgsü olmamalıdır

Cəmiyyətin siyasi mövqelərə və düşərgələrə bölünməsinin yolverilməz, yersiz və zərərli olduğu bir dönəmdə özünü eqosentristcəsinə "müxalifət lideri" adlandıran Əli Kərimli ilə siyasətdəki "blitskriq" davranışından hələ də qurtula bilməyən ahıl professor Cəmil Həsənli şansı əldən verdilər.

O şans ki, xalqla millətin ümumi işində iştirak edə bilərdilər. Vətəndaş mövqeyini, məsuliyyəti, təşəbbüsü, təşkilatlanma bacarığını, şüuru, insanlığı, şəfqəti nümayiş etdirə bilərdilər.

Gün ərzində dəfələrlə Facebook-da status paylaşan və hər yazısında da ən azı iki dəfə "xalq" və ya "xalqım" ifadələrini işlədən Əli Kərimli və Cəmil Həsənli nədən xalqın üzləşdiyi çətin sınaq anında onunla bir deyillər?

Sual ritorikdir, hətta sadəlövhdür. Çünki belə suala cavab aramaq üçün bu iki şəxsin xislətinə, davranış modelinə, məramlarına və istəklərinə bələd olmamaq gərəkdir.

Təşəbbüs hakimiyyətdədir.

Azərbaycan hakimiyyəti ətraf ölkələrlə, habelə Avropa Birliyi dövlətləri ilə müqayisədə daha operativ, konkret və effektiv tədbirləri həyata keçirdi.

Genişmiqyaslı yasaqlar, fövqəladə rejim, küçələrə hərbçilərin çıxarılması yoxdur və bu baxımdan bəli, biz Avropa Birliyi ölkələrindən "geri" qalırıq.

Fransa kimi paytaxt küçələrində zirehli maşınlar dayanmayıb, İtaliya təki xəstəxanalara koronavirusa yoluxanların daşınmasına hərbçilərlə yanğınsöndürənlər cəlb olunmayıb, İspaniya kimi paytaxtdakı ən iri idman arenası morqa döndərilməyib.

Bütün bunlar yoxdur.

Olan düşünülmüş, operativ davranış və ölkə hakimiyyətinin, osmanlı türklərinin "Dövlət Baba" dedikləri gerçək dövlətin, yəni xalqın iqtidarının atdığı addımlar, qəbul etdiyi qərarlardır.

Azərbaycan COVİD-19 koronavirusu ilə bağlı real, qabaqlayıcı işlər gördü və məhz bunun nəticəsində pandemiyanın məşum statistikası baxımından ölkəmiz dünya ölkələrinin "qara reytinqi"ndə sonuncu yerlərdən birini tutur.

Ölkəmiz pandemiya ilə mübarizədə təqdirə layıq dayanıqlılıq və səbatlılıq nümayiş etdirir.

Təbii, bütün bunlar hər şeyin normal olması anlamına gəlmir. Koronavirus sınağının pik dövrü hələ irəlidədir.

Və həmin sınaqlarda üzlərində tibbi maska olan vətəndaşlarımız illərdən bəri riyakarlıq və yalançılıq maskası ilə dolaşaraq siyasi kapusinlik edənlərin maskasız simalarını bir daha görəcəklər.

Necə ki, indi görürlər.

Sosial şəbəkələrdə ölkədə koronavirusla bağlı durumu tam yanlış qələmə verənlər, yalan və şayiələr yayanlar, insanları təlaşa salmaq və xoflandırmaq üçün ən müxtəlif, çirkin vasitələdən yararlanmağa çalışanlar həmişə olduğu kimi, indi də isteriyaya qapılıblar, hakimiyyəti öz aləmlərində "tənqid" edirlər, pafoslu açıqlamaları tirajlayırlar.

Bu məxluqatın bir yaşam prinsipi var: Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır.

Ayıq olaq, sayıq davranaq.

Radikal müxalifətdəki siyasət təlxəkləri, ölkədəki "beşinci kolon"un sifarişli oyunlarını, şivənlərini olduğu kimi dəyərləndirək.

İndi məsuliyyət hər birimizin çiynindədir.

Elçin Alıoğlu Son.az

Azərbaycan avtomobil istehsalını 2,7 dəfə artırıb like
  • 25 Mar 09:57  
İqtisadiyyat Azərbaycan avtomobil istehsalını 2,7 dəfə artırıb

​Azərbaycan avtomobil istehsalını 2,7 dəfə artırıb

arrow Ətraflı
Cəlilabad İcra Hakimiyyəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib like
  • 25 Mar 09:55  
Sosial Cəlilabad İcra Hakimiyyəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Cəlilabad rayon İcra Hakimiyyətinin kollektivi də Prezident İlham Əliyevin

arrow Ətraflı
Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina ediblər? like
  • 25 Mar 09:54  
Digərləri Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina ediblər?

Xüsusi karantin rejimi dövründə xidmətinə məhdudiyyət qoyulmayan avtobus

arrow Ətraflı
Çətin vəziyyətdən az itkilərlə çıxacağıq like
  • 25 Mar 09:48  
Siyasət Çətin vəziyyətdən az itkilərlə çıxacağıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi, şəxsi

arrow Ətraflı
Çin Hubey əyalətindəki iki aylıq karantinə son verdi like
  • 25 Mar 09:45  
Dünya Çin Hubey əyalətindəki iki aylıq karantinə son verdi

Sətəlcəm xəstəliyinin yayılması riskinin azalması ilə əlaqədar səlah

arrow Ətraflı
Azərbaycanda kompüter istehsalı artıb like
  • 25 Mar 09:42  
Digərləri Azərbaycanda kompüter istehsalı artıb

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kompüter, elektron və opti

arrow Ətraflı
Uruqvay sərhədlərini əcnəbilər üçün bağladı like
  • 25 Mar 09:37  
Dünya Uruqvay sərhədlərini əcnəbilər üçün bağladı

Səlahiyyətlilər kruiz gəmilərinin sərnişinlərinə vətənlərinə yollan

arrow Ətraflı
Rusiyada 7,6 bal gücündə zəlzələ like
  • 25 Mar 09:36  
Dünya Rusiyada 7,6 bal gücündə zəlzələ

Rusiyanın Saxalin vilayətində Rixter cədvəli ilə 7,6 bal gücündə zəlz

arrow Ətraflı
Ermənistan atəşkəs rejimini 24 dəfə pozub like
  • 25 Mar 09:30  
Siyasət Ermənistan atəşkəs rejimini 24 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Tərtər, Ağdam, Goranboy rayonlarında mövqelərimiz atəşə tutuldu like
  • 25 Mar 09:30  
Digərləri Tərtər, Ağdam, Goranboy rayonlarında mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Uğursuz omba əməliyyatı keçirən qadın gülüş obyektinə çevrildi like
  • 25 Mar 09:24  
Digərləri Uğursuz omba əməliyyatı keçirən qadın gülüş obyektinə çevrildi

2018-ci ildə sağrılarını plastik əməliyyat etdirən 33 yaşlı Star Delqa

arrow Ətraflı
Harvard Universitetinin prezidenti koronavirusa yoluxdu like
  • 25 Mar 09:18  
Dünya Harvard Universitetinin prezidenti koronavirusa yoluxdu

Harvard Universitetinin prezidenti koronavirusa yoluxub.

arrow Ətraflı
İranda mollanın koronavirusdan müalicə etmək istədiyi xəstə öldü like
  • 25 Mar 09:11  
Dünya İranda mollanın koronavirusdan müalicə etmək istədiyi xəstə öldü

İranın Bəndər-Ənzəli şəhərində molla xəstəxanada koronavirusdan müa

arrow Ətraflı
Salyanda ev yanıb like
  • 25 Mar 08:59  
Digərləri Salyanda ev yanıb

Salyan rayonunda yanğın baş verib.

arrow Ətraflı
Türkiyədə zəlzələ qeydə alınıb like
  • 25 Mar 08:56  
Dünya Türkiyədə zəlzələ qeydə alınıb

Türkiyənin Osmaniye vilayətində 3,5 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı