"Düşmənin son təxribat cəhdi..."


Siyasət 25 Mar 2020 07:32:00 54 0

"Düşmənin son təxribat cəhdi..."

Azərbaycan Ordusu nəinki bütün təxribatların qarşısını layiqincə almağa və düşmənə sarsıdıcı zərbələr vurmağa, hətta bu gün işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir.

Son.az bildirir ki, bunu qoşunların təmas xəttindəki son vəziyyəti AZƏRTAC-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ş.Ramaldanov bildirib ki, erməni xalqı və erməni əsgəri baş nazir Nikol Paşinyanın populist çıxışlarının əsirinə çevrilib. Xalq arasında nüfuzunu tamamilə itirmiş hərbi-siyasi rejim koronavirus infeksiyasının tüğyan etdiyi Ermənistanda əhalini sakitləşdirmək, iqtisadi böhrandan diqqəti yayındırmaq üçün cəbhə xəttində uğursuz cəhdlərə əl atır.

Bu gün düşmənin hər bir hərəkətinə ordumuz tərəfindən nəzarət edilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhə xəttində yerləşən hərbi hissələrə müntəzəm səfərləri, yerində vəziyyətlə tanış olaraq müvafiq tapşırıqlar verməsi şəxsi heyətin mənəvi-psixoloji ruhunu və döyüş əzmini daha da artırır. Qarşı tərəfdə isə vəziyyət günü-gündən pisləşməkdə davam edir.

Polkovnik qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində xidmət şəraiti acınacaqlı olaraq qalır. Nizamnamədən kənar münasibətlər nəticəsində əsgərlərin xidmət yerini özbaşına tərk edərək müxtəlif yollarla Ermənistan istiqamətində qaçmalarının qarşısının alınması məqsədilə müvafiq yerli strukturlar tərəfindən əməliyyat tədbirləri keçirilir. Ümumiyyətlə, Dağlıq Qarabağda döyüş mövqelərinə mülki şəxsləri çıxarmaqdan başqa düşmənin heç bir əlacı qalmayıb. Belə ki, əsgər çatışmazlığı səbəbindən döyüş mövqelərinin gücləndirilməsi məqsədilə Dağlıq Qarabağda yaşayan mülki şəxslərdən istifadə edilir. Onlar isə əksər hallarda komandanlığın əmrlərinə tabe olmurlar. Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin postlara cavab atəş zərbələri endirilən zaman mövqeləri tutmaq əvəzinə, sığınacaqlara girərək oradan çıxmaqdan imtina edirlər.

"Düşmənin son təxribat cəhdi vasitəsilə atəşkəs rejimini pozmasının arxasında bir sıra səbəblər dayanır. Birinci səbəb yuxarıda qeyd etdiyim məsələlərdir. İkinci səbəb isə, koronavirus infeksiyasından Ermənistan ordusunda ölənləri ictimaiyyətdən gizlətmək niyyətidir. Buna nə qədər cəhd göstərsələr də xeyri olmayacaq.

Son diversiya aktına cəhd bir də onu göstərir ki, Ermənistan Müdafiə Nazirliyi orduda real vəziyyətdən bixəbərdir və mövcud şəraitə nəzarət edə bilmir. Son günlər düşmən ordusunun rəhbərliyinin guya hərbi hissələrdə olması, vəziyyəti yoxlaması, eyni zamanda, dünyanı bürüyən koronavirusla mübarizə tədbirləri həyata keçirməsi barədə erməni mətbuatında yer alan məlumatlar gözdən pərdə asmaqdan başqa bir şey deyildir. Ermənistan ordusunun yüksək vəzifəli şəxsləri belə ucuz yollarla xalqın diqqətini işğalçı orduda hökm sürən nöqsanlardan, problemlərdən yayındırmağa çalışar. Əgər bu belə olmasaydı onda onların heç olmasa baş verən hadisədən və ortalıqda qalan əsgərlərinin cəsədindən xəbərləri olardı və bunu etiraf etməyə cürətləri çatardı. Azərbaycan Ordusunun bölmələri bütün cəbhə boyu daim döyüş hazırlığı vəziyyətindədir, əməliyyat şəraitinə tam nəzarət edir. Hər hansı bir təxribata qarşı Azərbaycan Ordusu həmin anda dəqiq cavab verməyə hazırdır. Əgər münaqişənin sülh yolu ilə həlli mümkün olmayacaqsa, Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq, Ali Baş Komandanın əmri ilə düşmən üzərində tam qələbə çalmağa qadirdir",-deyə Ş.Ramaldanov qeyd edib.

Kanadada koronavirus xəstələrinin sayı 2 mini ötdü like
  • 25 Mar 07:31  
Dünya Kanadada koronavirus xəstələrinin sayı 2 mini ötdü

Kanadada koronavirusa yoluxanların sayı 2 176 nəfərə çatıb.

arrow Ətraflı
Rusiya Xəzər suitilərini "Qırmızı kitab"a daxil edəcək like
  • 25 Mar 07:11  
Dünya Rusiya Xəzər suitilərini "Qırmızı kitab"a daxil edəcək

Rusiya Xəzər suitilərini "Qırmızı kitab"a daxil edəcək.

arrow Ətraflı
“Boeing 737 Max” təyyarələrinin istehsalı bərpa edilir like
  • 25 Mar 07:10  
İqtisadiyyat “Boeing 737 Max” təyyarələrinin istehsalı bərpa edilir

ABŞ-ın “Boeing” aerokosmik korporasiyası "Boeing-737 MAX" təyyarələrin

arrow Ətraflı
İnfeksionist koronavirusa yoluxmanın yeni sirrini AÇDI  Hüceyrələrə nüfuz edir və... like
  • 25 Mar 07:00  
Digərləri İnfeksionist koronavirusa yoluxmanın yeni sirrini AÇDI Hüceyrələrə nüfuz edir və...

Rusiyalı infeksionist Timur Bessarab koronavirusa yoluxmanın xüsusi mexanizmi

arrow Ətraflı
"Koronavirusun yayılması 100 gün davam edəcək" like
  • 25 Mar 06:30  
Dünya "Koronavirusun yayılması 100 gün davam edəcək"

Koronavirusun yayılması başladığı vaxtdan 100 gün sonra başa çatmalıd

arrow Ətraflı
Koronavirus: kimlər üçün təhlükəlidir? like
  • 25 Mar 06:26  
Sosial Koronavirus: kimlər üçün təhlükəlidir?

Kişilər, qadınlar və uşaqlar COVID-19-a eyni tezliklə yoluxurlar, ancaq yo

arrow Ətraflı
Neftin qiyməti bahalaşır like
  • 25 Mar 06:01  
İqtisadiyyat Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

arrow Ətraflı
Çexiya koronavirusa görə hərbi büdcəsini azaltdı like
  • 25 Mar 05:15  
Dünya Çexiya koronavirusa görə hərbi büdcəsini azaltdı

Çexiya Müdafiə Nazirliyi 2020-ci il üçün nəzərdə tutulan büdcəsini 2,

arrow Ətraflı
ABŞ əhaliyə 6 trilyon ABŞ dolları həcmində yardım edəcək like
  • 25 Mar 04:31  
Dünya ABŞ əhaliyə 6 trilyon ABŞ dolları həcmində yardım edəcək

ABŞ-da koronavirus pandemiyası ilə əlaqədar maliyyə yardımının ümumi m

arrow Ətraflı
Yaponiyada Olimpiya alovu estafetsiz gəzdiriləcək  FOTO like
  • 25 Mar 04:30  
Dünya Yaponiyada Olimpiya alovu estafetsiz gəzdiriləcək FOTO

"Tokio 2020" Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitə

arrow Ətraflı
ABŞ-da koronavirusdan ölənlərin sayı 700 nəfəri ötdü like
  • 25 Mar 03:41  
Dünya ABŞ-da koronavirusdan ölənlərin sayı 700 nəfəri ötdü

ABŞ-da koronavirusa yoluxanların və bu virusa yoluxma səbəbindən dünyası

arrow Ətraflı
Ana yeddi aylıq körpəsini ac saxlayaraq öldürdü like
  • 25 Mar 03:30  
Dünya Ana yeddi aylıq körpəsini ac saxlayaraq öldürdü

ABŞ-ın Arkanzas ştatının Fuke şəhərində ana və ata 7 aylıq qızların

arrow Ətraflı
Norveçdə işsizlik 10 faizdən çox artdı like
  • 25 Mar 03:17  
Dünya Norveçdə işsizlik 10 faizdən çox artdı

Norveçdə işsizlik nisbəti böyük və kiçik müəssisələrin əməkdaşlar

arrow Ətraflı
Çadda terrorçuların hücumu nəticəsində 92 hərbçi ölüb like
  • 25 Mar 02:39  
Dünya Çadda terrorçuların hücumu nəticəsində 92 hərbçi ölüb

Çadın qərbində “Boko Haram” terror qruplaşmasının hücumu nəticəsin

arrow Ətraflı