Azərbaycan Prezidenti: Yaşlı nəslin nümayəndələrini, özünüzü, uşaqlarınızı qoruyun


Siyasət 24 Mar 2020 23:27:00 52 0

Azərbaycan Prezidenti: Yaşlı nəslin nümayəndələrini, özünüzü, uşaqlarınızı qoruyun

Yaşlı nəslin nümayəndələrini, özünüzü, uşaqlarınızı qoruyun.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Hesab edirəm ki, martın 14-də və dünən elan edilmiş əlavə məhdudlaşdırıcı tədbirlər vaxtında atılmış addımlardır. Çünki biz addımlarımızı yaranmış vəziyyətə uyğun atırıq. Eyni zamanda, biz vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün də bu qabaqlayıcı tədbirləri görməklə özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq. Onların da hərəkətlərinə müəyyən məhdudiyyət qoyulubdur. Hesab edirəm ki, bu da anlaşılan məsələdir. Çünki ən riskli qrup yaşlı insanlardır.

Yaşlı tənha insanların təminatını təchiz etmək üçün mənim göstərişimlə sosial işçilərin səfərbərliyi nəzərdə tutulur və onlar bu işi görəcəklər. Eyni zamanda, fürsətdən istifadə edərək çoxminli könüllülər ordusuna da müraciət etmək istəyirəm. Hesab edirəm ki, bizim könüllülərimiz də bu işlərə qoşulmalıdırlar, Operativ Qərargahla təmas saxlamalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqədə olmalıdırlar. Hər halda, nazirliyə də göstəriş verilib ki, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilsin, - istər dərman preparatları olsun, istərsə də ərzaq, - biz tənha vəziyyətdə yaşayan yaşlı insanları qoruyaq.

Hesab edirəm ki, xalqımızın adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək. Çünki yaşlı insanlara həmişə böyük hörmət göstərilir. Yaşlı insanlar nadir hallarda tənha yaşayırlar. Azərbaycanda belə insanların sayı çox deyil, təqribən bir neçə min nəfərdir. Ancaq onların da təminatı nəzərdə tutulacaqdır".

Azərbaycanda "pay torpaqları" ilə bağlı mühüm qərar like
  • 24 Mar 23:22  
İqtisadiyyat Azərbaycanda "pay torpaqları" ilə bağlı mühüm qərar

Azərbaycanda istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqlar ye

arrow Ətraflı
Yeni bələdiyyə müəssisələri yaradılacaq like
  • 24 Mar 23:19  
İqtisadiyyat Yeni bələdiyyə müəssisələri yaradılacaq

Azərbaycanda bələdiyyələrə dövlət dəstəyi artırılacaq.

arrow Ətraflı
Azərbaycanda bu sahədə çalışanların maaşları artırılacaq like
  • 24 Mar 23:15  
Sosial Azərbaycanda bu sahədə çalışanların maaşları artırılacaq

Azərbaycanda mənzil-kommunal təsərrüfatı sahəsində çalışan işçilər

arrow Ətraflı
Bu avtomobil şirkətləri istehsalı dayandırdı like
  • 24 Mar 23:15  
Digərləri Bu avtomobil şirkətləri istehsalı dayandırdı

Koronavirusla mübarizənin gedişatını izləyən əksər insanlar texnologiya

arrow Ətraflı
Ərzaqların keyfiyyətinə nəzarət gücləndiriləcək like
  • 24 Mar 23:10  
İqtisadiyyat Ərzaqların keyfiyyətinə nəzarət gücləndiriləcək

Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində dövl

arrow Ətraflı
Feysbuk koronavirus haqqında məlumat bölməsini işə salır like
  • 24 Mar 23:10  
Digərləri Feysbuk koronavirus haqqında məlumat bölməsini işə salır

Feysbuk platforması Covid-19 haqqında doğru məlumatları ictimaiyyətə çat

arrow Ətraflı
Yeni dövlət proqramı hazırlanacaq like
  • 24 Mar 23:06  
İqtisadiyyat Yeni dövlət proqramı hazırlanacaq

“Azərbaycanda rəqəmsal iqtisadiyyat” dövlət proqramı hazırlanacaq.

arrow Ətraflı
Nazirlər Kabineti iki qurumla saziş bağladı like
  • 24 Mar 22:57  
Siyasət Nazirlər Kabineti iki qurumla saziş bağladı

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Az

arrow Ətraflı
Toyota Türkiyədəki fabrikini bağlayır like
  • 24 Mar 22:55  
Digərləri Toyota Türkiyədəki fabrikini bağlayır

Yaponiyanın avtomobil nəhəngi Toyota Türkiyədəki fabrikini bağlayır.

arrow Ətraflı
Hökumət tibbi maskaların qiymətinə münasibət bildirdi like
  • 24 Mar 22:50  
Sosial Hökumət tibbi maskaların qiymətinə münasibət bildirdi

"Azərbaycanda tibbi maska istehsal edən müəssisədə ilkin olaraq istehsal h

arrow Ətraflı
Huawei Koronavirusu analiz edə biləcək süni zəka inkişaf etdirdi like
  • 24 Mar 22:50  
Digərləri Huawei Koronavirusu analiz edə biləcək süni zəka inkişaf etdirdi

Huawei Cloud tibbi görüntüləri sürətli şəkildə analiz edən və həkiml

arrow Ətraflı
Koronavirusa yoluxanların sayı 400 mini keçdi like
  • 24 Mar 22:49  
Dünya Koronavirusa yoluxanların sayı 400 mini keçdi

Dünyada koronavirusa yoluxanları sayı artmaqdadır.

arrow Ətraflı
İstanbul klubunun prezidenti xəstəxanaya yerləşdirildi – like
  • 24 Mar 22:48  
Dünya İstanbul klubunun prezidenti xəstəxanaya yerləşdirildi –

İstanbulun "Başakşehir" futbol klubunun prezidenti, tanınmış iş

arrow Ətraflı
İtaliyada son bir gündə 743 nəfər koronavirusdan ölüb like
  • 24 Mar 22:47  
Dünya İtaliyada son bir gündə 743 nəfər koronavirusdan ölüb

İtaliyada son sutka ərzində koronavirusdan 743 nəfər vəfat edib.

arrow Ətraflı