Dostlar qadını intim görüntüləri ilə şantaj etdi


Kriminal 23 Mar 2020 18:19:00 200 0

Dostlar qadını intim görüntüləri ilə şantaj etdi

Bakının Xətai rayonunda qadına qarşı seksual xarakterli hərəkətlər etməkdə, onu intim görüntüləri ilə şantaj etməkdə təqsirli bilinən Rəşad Zeynalovun barəsində həbs qətimkan tədbiri seçilib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan iclasda istintaq orqanının təqdimatı təmin olunub.

Rəşad Zeynalovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Bakı şəhər sakini Səlimə Xudaverdiyeva (ad və soyad şərti verilib - red.) sosial şəbəkədə Rəşad adlı oğlanla tanış olub.

Daha sonra onların isti münasibətləri yaranıb.

Bundan sonra Rəşad Səlimə ilə bir neçə dəfə intim əlaqədə olub.

İntim əlaqədə olan zaman Rəşad qadının görüntülərini çəkib.

Daha sonra Rəşad Səliməni həmin videogörüntülərlə şantaj edib.

O, qadından külli miqdarda pul tələb edib, əks halda həmin görüntüləri sosial şəbəkələrdə yayacağı ilə hədələyib.