4 mağazadan oğurluq edən Bakı sakini saxlanıldı


Kriminal 20 Mar 2020 17:59:00 189 0

4 mağazadan oğurluq edən Bakı sakini saxlanıldı

Müxtəlif vaxtlarda 4 mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi, Xəzər RPİ 1-ci PŞ və 3-cü PB, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Xəzər və Suraxanı rayonları ərazilərində 4 mağazadan pul, tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılıb.