Keçmiş məhkumlar avtomobildən pul və sənəd oğurlayıb


Kriminal 20 Mar 2020 16:45:00 177 0

Keçmiş məhkumlar avtomobildən pul və sənəd oğurlayıb

Sumqayıtda avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində R.Bədəlovun "Mercedes" markalı avtomobilindən 500 manat və sənəd oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini B.Əbilov, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Salayev və Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş E.Tağızadə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.