Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib


Siyasət 20 Mar 2020 09:29:26 136 0

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə xalqı təbrik edib.

Birinci vitse-prezidentMehriban Əliyeva rəsmi "Instagram" hesabındaNovruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

"Report" xəbər verir ki,təbrikdə deyilir:

“Əziz həmvətənlər!⠀

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!⠀

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”