Aydın Mirzəzadə: Prezidentin şəxsən iştirak etdiyi beynəlxalq konfranslar xarici ticarətdə iqtisadi əlaqələrin qurulmasına səbəb olur


Siyasət 20 Mar 2020 09:35:00 58 0

Aydın Mirzəzadə: Prezidentin şəxsən iştirak etdiyi beynəlxalq konfranslar xarici ticarətdə iqtisadi əlaqələrin qurulmasına səbəb olur

Cənab Prezident İlham Əliyevin Novruz təbriki, insanlarla səmimi münasibəti deyərdim ki, növbəti hesabatıdır.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev təbrik sözləri ilə yanaşı, eyni zamanda dövlətin, hökumətin son dövrlərdəki fəaliyyəti ilə bağlı bir çox məqamlara toxunub:

"Həmin məqamlardan biri beynəlxalq aləmdə Azərbaycanın fəaliyyəti ilə bağlıdır. Azərbaycanın apardığı xarici siyasət onun beynəlxalq birlikdə yüksək nüfuzunun olmasına, Azərbaycanla digər dövlətlərin münasibətlərinin genişlənməsinə səbəb olur. Cənab Prezident bununla bağlı çox maraqlı fikirlərə də toxundu. Prezidentin şəxsən iştirak etdiyi beynəlxalq konfranslar ölkənin tanınmasına, xarici ticarətdə iqtisadi əlaqələrin qurulmasına səbəb olur. İlham Əliyev məhz o əlaqələr nəticəsində, ölkəyə 100 milyardlarla investisiyanın qoyulması barədə bir neçə misal çəkdi. Eyni zamanda, beynəlxalq konfranslarla birlikdə Dağlıq Qarabağ məsələsinə dair Azərbaycanın mövqeyinin geniş təbliğ olunması da xüsusən vurğulandı".

A.Mirzəzadə qeyd edib ki, Davos İqtisadi Forumunun Dördüncü Sənayə inqilabı ilə bağlı Azərbaycanda mərkəzinin yaradılması, ölkənin qazandığı çox böyük bir uğur hesab edilə bilər:

"Bu siyasi nüfuzumuzda, eyni zamanda Azərbaycanın böyük bir region üçün, bir sıra iqtisadi məsələlərdə mərkəzə çevirilməsindən xəbər verir. Cənab Prezident təbrik çıxışında beynəlxalq tədbirlərdə Azərbaycanın Dağlıq Qarabağ məsələsinə dair məlumatların geniş yayılmasına da toxundu. Prezident xüsusən də Münhen Təhlükəsizlik Konfransında birinci dəfə baş tutan Azərbaycan və Ermənistan rəhbərlərinin disputunda, Azərbaycanın böyük siyasi qələbə qazandığını bildirdi.

Münhen konfransının auditoriyası 100 milyon nəfərlərlə ölçülür və o auditoriyanı qərar qəbul edənlərin, ictimai fikir formalaşdıranların, siyasətə qibtə edənlərin auditoriyası adlandırmaq olar. Cənab Prezidentin disputda söylədiyi fikirlər, Ermənistanın Dağlıq Qarabağla bağlı beynəlxalq aləmdə apardığı çirkin təbliğat işinə ciddi bir zərbə oldu".

Millət vəkili sonda əlavə edib ki, Prezidentin Novruz təbrikində xarici siyasətlər məsələlərinə xüsusi yer ayırmasını, Azərbaycanın aparıdığı siyasətin beynəlxalq aləmdə dəstəkləndiyinin, yüksək qiymət verildiyinin daha bir göstəricisi hesab etmək olar.

Türkiyə iki hərbçisini itirdi like
  • 20 Mar 09:30  
Dünya Türkiyə iki hərbçisini itirdi

Martın 19-da Suriyanın İdlib vilayətində silahlı hücum nəticəsində iki

arrow Ətraflı
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib like
  • 20 Mar 09:29  
Siyasət Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Novruz bayramı münas

arrow Ətraflı
"Brent" markalı neftin qiyməti artıb like
  • 20 Mar 09:25  
Dünya "Brent" markalı neftin qiyməti artıb

"Brent" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "I

arrow Ətraflı
Neftçalada 49 yaşlı kişi bıçaqlandı like
  • 20 Mar 09:23  
Sosial Neftçalada 49 yaşlı kişi bıçaqlandı

Neftçala rayonunda&bıçaqlanma hadisəsi olub.

arrow Ətraflı
Litva koronavirusla mübarizə üçün 30,6 milyon avro vəsait ayırıb like
  • 20 Mar 09:20  
Dünya Litva koronavirusla mübarizə üçün 30,6 milyon avro vəsait ayırıb

Litva hökuməti koronavirusla mübarizə üçün ölkənin Səhiyyə Nazirliyin

arrow Ətraflı
Koronavirus Nigerə də yayıldı like
  • 20 Mar 09:10  
Dünya Koronavirus Nigerə də yayıldı

Nigerdə koronavirusa ilk yoluxma halı aşkarlanıb.

arrow Ətraflı
Ermənistan atəşkəs rejimini 25 dəfə pozub like
  • 20 Mar 09:05  
Sosial Ermənistan atəşkəs rejimini 25 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
ABŞın gündəlik neft hasilatı 13,1 milyon barrel olub like
  • 20 Mar 09:05  
Dünya ABŞın gündəlik neft hasilatı 13,1 milyon barrel olub

Birləşmiş Ştatların sutkalıq xam neft istehsalı artır.

arrow Ətraflı
İsraildə koronavirusla əlaqədar yeni məhdudiyyətlər tətbiq edilir like
  • 20 Mar 09:00  
Dünya İsraildə koronavirusla əlaqədar yeni məhdudiyyətlər tətbiq edilir

İsraildə yeni koronavirusun yayılmasının qarşısının alınması üçün

arrow Ətraflı
Yaxın günlərdə Gürcüstanda koronavirusa yoluxma hallarının daha çox artacağı gözlənilir like
  • 20 Mar 08:56  
Dünya Yaxın günlərdə Gürcüstanda koronavirusa yoluxma hallarının daha çox artacağı gözlənilir

"Bu həftənin sonundan etibarən Gürcüstanda koronavirusa yoluxma hallar

arrow Ətraflı
Kompüteriniz üçün maraqlı FOTOSESSİYA like
  • 20 Mar 08:45  
Digərləri Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Cənubi Koreyada 8 652 nəfər koronavirusa yoluxdu like
  • 20 Mar 08:40  
Dünya Cənubi Koreyada 8 652 nəfər koronavirusa yoluxdu

Cənubi Koreyada bir sutka ərzində koronavirus infeksiyasına yoluxanların sa

arrow Ətraflı
Azərbaycanda yeni toxum sortlarının yaradılması planlaşdırılır like
  • 20 Mar 08:39  
Digərləri Azərbaycanda yeni toxum sortlarının yaradılması planlaşdırılır

Azərbaycanda viruslara, quraqlığa və xəstəliklərə daha dayanılı yeni t

arrow Ətraflı
DSX rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTO like
  • 20 Mar 08:32  
Siyasət DSX rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTO

Dövlət Sər­həd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev “Qaz

arrow Ətraflı