Türkiyədə qanunsuz yaşayan azərbaycanlılara vəsiqələr verildi


Siyasət 17 Mar 2020 17:50:36 68 0

Türkiyədə qanunsuz yaşayan azərbaycanlılara vəsiqələr verildi

Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunda 2000-ci ilədək ölkə ərazisini tərk edərək Türkiyəyə&köçmüş və hazırda İstanbul şəhərində kompakt və qeyri-qanuni məskunlaşmış azərbaycanlılardan, ilkin olaraq, 18 nəfər Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınmış şəxsə Türkiyə ərazisində müvəqqəti yaşamaq icazəsini (“insani”) təsdiq edən vəsiqələrin təq

Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunda 2000-ci ilədək ölkə ərazisini tərk edərək Türkiyəyəköçmüş və hazırda İstanbul şəhərində kompakt və qeyri-qanuni məskunlaşmış azərbaycanlılardan, ilkin olaraq, 18 nəfər Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınmış şəxsə Türkiyə ərazisində müvəqqəti yaşamaq icazəsini (“insani”) təsdiq edən vəsiqələrin təqdimetmə mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, vəsiqələri Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulu Məsim Hacıyev və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə heyətinin sədri, professor Aygün Attar təqdim edib.

Azərbaycanın və qardaş Türkiyənin aidiyyətı dövlət orqanları 1990-cı illərdə Türkiyə Respublikasına köçmüş və hazırda qeyri-rəsmi məskunlaşmış azərbaycanlıların hüquqi vəziyyəti, onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubluğunun müəyyən edilməsi, Türkiyə ərazisində hüquqi statusunun leqallaşdırılması, qeydiyyata alınması və digər məsələləri daim diqqət mərkəzində saxlamaqla yanaşı, ötən müddət ərzində birgə fəaliyyət göstərib.

Bu məsələ Azərbaycan Prezidentiİlham Əliyevin nəzarətindədir və bununla əlaqədar müvafiq dövlət qurumlarına (Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və digər qurumlara) tapşırıqlar verilib. Tapşırığa əsasən müxtəlif dövlət qurumlarının iştirakı ilə işçi qrupu yaradılıb, intensiv araşdırma və müzakirələr aparılıb.

Vəsiqələrin verilməsi 2019-cu ilin sonlarında Türkiyə Respublikasının Daxili İşlər Nazirinin müavini cənab İsmail Çataklının rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı işçi qrupunun təklifi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində keçirilmiş görüşdə əldə olunan razılaşmaya əsasən həyata keçirilib. Müvafiq razılaşmaya uyğun olaraq, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyəyə səfəri çərçivəsində 23 sentyabr 2019-cu il tarixində İstanbul valisi cənab Ali Yerlikaya ilə görüş zamanı prosedurun həyata keçirilməsi detalları ilə bağlı dəqiqləşdirmələr aparılıb.

Artıq hər iki ölkənin müvafiq qurumlarının birgə fəaliyyəti nəticəsində bir qrup insana yeni vəsiqələr verilib. Qeyd edək ki, bu, sənədləşmə işinin başlanğıcıdır, proses yeni siyahıların dəqiqləşdirilməsi və sənədlərin hazırlanması istiqamətində davam edir.

Yeni vəsiqələrlə təmin olunmuş soydaşlarımız Azərbaycan və Türkiyənin Prezidentlərinə humanist addıma görə təşəkkürünü bildirib. Onlar Türkiyə ərazisində indiyədək üzləşdikləri problemlərin həllində bu addımın olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Xatırladaq ki, vəsiqə verilən şəxslər Türkiyə Respublikasında qeyri-qanuni məskunlaşma ilə bağlı nəzərdə tutulmuş bütün inzibati cərimələrdən azad olunub.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
İlk dəfə tamaşaçısız veriliş apardılar like
  • 17 Mar 17:49  
Digərləri İlk dəfə tamaşaçısız veriliş apardılar

Ölkənin ən reytinqli üç proqramı - "5-də 5", "Səni axtar

arrow Ətraflı
Azərbaycan neft məhsullarının ixracını 59% artırıb like
  • 17 Mar 17:45  
İqtisadiyyat Azərbaycan neft məhsullarının ixracını 59% artırıb

Azərbaycan neft məhsullarının ixracını 59% artırıb

arrow Ətraflı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaş qəbulunu dayandırıb like
  • 17 Mar 17:44  
Digərləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaş qəbulunu dayandırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və bütün struktur bölm

arrow Ətraflı
“Airbus” müəssisələrini bağlayır like
  • 17 Mar 17:43  
İqtisadiyyat “Airbus” müəssisələrini bağlayır

Bu müddət ərzində yeni koronavirusun yayılmasına qarşı müəssisələr m

arrow Ətraflı
Ağstafada 4 ədəd mərmi tapılıb like
  • 17 Mar 17:39  
Sosial Ağstafada 4 ədəd mərmi tapılıb

Dövlət Sərhəd Xidmətindən (DSX) Ərazilərinin Minalardan Təmizlənməsi

arrow Ətraflı
Çingiz Əhmədov Xalq artisti Rafael Dadaşovu görməkdən imtina edib: like
  • 17 Mar 17:38  
Kriminal Çingiz Əhmədov Xalq artisti Rafael Dadaşovu görməkdən imtina edib:

Əməkdar artist Çingiz Əhmədov ötən gün 74 yaşında vəfat edən Xalq a

arrow Ətraflı
BNA vətəndaş qəbulunu müvəqqəti dayandırdı like
  • 17 Mar 17:33  
Digərləri BNA vətəndaş qəbulunu müvəqqəti dayandırdı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qər

arrow Ətraflı
Rusiyada koronavirus daşıyıcılarının sayı artdı like
  • 17 Mar 17:32  
Dünya Rusiyada koronavirus daşıyıcılarının sayı artdı

Rusiyada koronavirus daşıyıcılarının sayı kəskin artıb

arrow Ətraflı
Səudiyyə Ərəbistanı neft ixracını rekord həddə çatdıracaq like
  • 17 Mar 17:30  
İqtisadiyyat Səudiyyə Ərəbistanı neft ixracını rekord həddə çatdıracaq

Səudiyyə Ərəbistanı may ayından etibarən gündəlik neft ixracını 10 mi

arrow Ətraflı
Qapımızı döyür yaz! Sizinlədir Maxi.az! like
  • 17 Mar 17:30  
Digərləri Qapımızı döyür yaz! Sizinlədir Maxi.az!

Maxi.az elektronika və məişət texnikası mağazalar şəbəkəsi Novruz Bayr

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 17 Mar 17:28  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məluma

arrow Ətraflı
"Serbiya dövləti beynəlxalq siyasi dairələrdəki nüfuzuna xələl gətirməməlidir" like
  • 17 Mar 17:27  
Siyasət "Serbiya dövləti beynəlxalq siyasi dairələrdəki nüfuzuna xələl gətirməməlidir"

Rəsmi Bakı bir çox ölkələrlə diplomatik əlaqələrinin inkişafında, t

arrow Ətraflı
Misir sərhədləri bağlayır və turist vizalarının qiymətini artırır like
  • 17 Mar 17:21  
Dünya Misir sərhədləri bağlayır və turist vizalarının qiymətini artırır

Misirin hökumət başçısı Mustafa Madbuli martın 19-dan 31-dək beynəlxalq

arrow Ətraflı
Almaniyalı iş adamı koronavirus vaksininin hazır olacağı vaxtı açıqladı like
  • 17 Mar 17:20  
Dünya Almaniyalı iş adamı koronavirus vaksininin hazır olacağı vaxtı açıqladı

2008-ci ildə “Forbos” jurnalı onun varidatını bir milyard ABŞ dolları

arrow Ətraflı
SOCAR koronavirusa görə vətəndaş qəbulunu dayandırıb like
  • 17 Mar 17:17  
İqtisadiyyat SOCAR koronavirusa görə vətəndaş qəbulunu dayandırıb

​SOCAR koronavirusa görə vətəndaş qəbulunu dayandırıb

arrow Ətraflı