Rafael Dadaşov vəfat etdi


Kriminal 16 Mar 2020 15:44:00 58 0

Rafael Dadaşov vəfat etdi

Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.

Son.az xəbər verir ki, bu barədə Lent.az -a tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib:

"Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi".

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.

***

Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışıb. Teatrın səhnəsində Zaur "Ümid" (M. İbrahimbəyov), Don Juan "Bəşərin komediyası, yaxud Don Juan" (M.İbrahimov), Klavdi "Hamlet" (Uilyam Şekspir), Klavdio "Heç nədən hay küy" (Uilyam Şekspir), Bəhram "Fitnə" (Abdulla Şaiq), Vojevatov və Paratov "Cehizsiz qız" (Aleksandr Ostrovski), Rövşən "Əliqulu evlənir" (Sabit Rəhman), Müstəntiq "İstintaq" (Rüstəm İbrahimbəyov), Birinci reportyor "Səhra yuxuları" (Anar), Knyaz Xasay "Xurşidbanu Natəvan" (İlyas Əfəndiyev), Qədim "Büllur sarayda" (İlyas Əfəndiyev), Cəmil "Unuda bilmirəm" (İlyas Əfəndiyev), Fikrət və Rəşad "Kimdir haqlı?" (Bəxtiyar Vahabzadə), Mirzə Fətəli "Mirzə Şəfi" (Nəbi Xəzri), Vasif "İblis" (Hüseyn Cavid), Qiyas "Şəhərin yay günləri" (Anar), Murad "Nakam qız" (A.Şirvanzadə), Fəxrəddin "Qılınc və qələm" (Məmməd Səid Ordubadi), Camal "Nişanlı qız" (Sabit Rəhman), Həsən Soltan "Şeyx Xiyabani" (İlyas Əfəndiyev), Mayis "Sevgililərin cəhənnəmdə vüsalı" (İlyas Əfəndiyev), Ədhəm Tağıyev "Dəlilər və ağıllılar" (İlyas Əfəndiyev), Mindövlət və Aydar "Sokratı anma gecəsi"("Eşşək dərisi üzərində məhkəmə") (Ç.Aytmatov və M.Şahanov), Tesey "Fedra" (J.Rasin), Özdəmir "Afət" (Hüseyn Cavid), Şeyx Nəsrullah "Ölülər" (Cəlil Məmmədquluzadə), Agah Əfəndi ("Qanlı Nigar", Sadıq Şəndil), Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol) və s. maraqlı obrazlar aratmışdır.

Rafael Dadaşov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxlu tamaşaların iştirakçısı olub. Həmin teletamaşalar içərisində Anarın "Ötən ilin son gecəsi" (Rüstəm), K.Holdoninin "Mehmanxana sahibəsi" (Sinyor Kavaler), Aslan Qəhrəmanovun "Səni axtarıram" və "Bağışla" (Vasif müəllim), Ruhəngiz Qasımovanın "Yollar görüşəndə " (Həmid), Hüseyn Cavidin "Topal Teymur" (Orxan), Üzeyir Hacıbəyovun "Ordan-burdan" (Həmid), İlyas Əfəndiyevin "Mənim günahım" (Sahib), İslam Səfərlinin "Göz həkimi" (Rauf), A. Rafın "İblis qadın" (Şef) və s. oynadığı obrazlar daha yaddaqalan və uğurludur.

Aktyor "Var olun qızlar" (İsa), "Yarımçıq qalmış serenada" (Saksofonçu), "Bəxt üzüyü" (Rasim), "Mənim ağ şəhərim" (Baş mühəndis) bədii, "Qaçaq Süleyman" (Qraf Vorontsov) televiziya filmlərinə çəkilib.

Rafael Dadaşov 1987-ci ildə Əməkdar Artist, 16 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır.

29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Sərnişinlərimizin ödənişləri tam şəkildə geri qaytarılacaq  “Buta Airways” like
  • 16 Mar 15:41  
Digərləri Sərnişinlərimizin ödənişləri tam şəkildə geri qaytarılacaq “Buta Airways”

Koronavirus epidemiyasına görə ləğv olunmuş reyslər üzrə əldə edilmi

arrow Ətraflı
Pərvin bir gün hava limanında qaldı  FOTO like
  • 16 Mar 15:36  
Şou-biznes Pərvin bir gün hava limanında qaldı FOTO

Aktrisa Pərvin Abıyeva İstanbuldan qayıdarkən bir gün hava limanında qal

arrow Ətraflı
Aİ Şurasında koronavirus məsələsi müzakirə olunacaq like
  • 16 Mar 15:31  
Dünya Aİ Şurasında koronavirus məsələsi müzakirə olunacaq

Avropa İttifaqı (Aİ) Şurası COVİD-19 virusuna qarşı mübarizə tədbirl

arrow Ətraflı
Milli Məclisdə koronavirusla bağlı tədbirlər müzakirə olunur like
  • 16 Mar 15:31  
Digərləri Milli Məclisdə koronavirusla bağlı tədbirlər müzakirə olunur

Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitəl

arrow Ətraflı
Bu informasiyaların yayılması qadağan edilir like
  • 16 Mar 15:30  
Digərləri Bu informasiyaların yayılması qadağan edilir

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqq

arrow Ətraflı
Valyuta əməliyyatlarına nəzarət gücləndirilir like
  • 16 Mar 15:29  
İqtisadiyyat Valyuta əməliyyatlarına nəzarət gücləndirilir

​Valyuta əməliyyatlarına nəzarət gücləndirilir

arrow Ətraflı
"Brent" nefti 30 dollara düşüb like
  • 16 Mar 15:26  
İqtisadiyyat "Brent" nefti 30 dollara düşüb

"Brent" nefti 30 dollara düşüb

arrow Ətraflı
Ermənistanda fövqəladə vəziyyət elan olundu like
  • 16 Mar 15:25  
Dünya Ermənistanda fövqəladə vəziyyət elan olundu

Ermənistanda koronavirusa ilk yoluxma halı bu il martın 1-də qeydə alınıb

arrow Ətraflı
"Adam istəyir ki, yaşadığı eşqi hamı bilsin" like
  • 16 Mar 15:24  
Şou-biznes "Adam istəyir ki, yaşadığı eşqi hamı bilsin"

"Çox vaxt adam istəyir ki, yaşadığı eşqi hamı bilsin, bütün ətr

arrow Ətraflı
“Azəriqaz” xüsusi rejimdə bu xidmətləri göstərəcək - SİYAHI like
  • 16 Mar 15:22  
İqtisadiyyat “Azəriqaz” xüsusi rejimdə bu xidmətləri göstərəcək - SİYAHI

​“Azəriqaz” xüsusi rejimdə ancaq bu xidmətləri göstərəcək - SİYA

arrow Ətraflı
“Atam Rəşid Behbudovun o mahnısından sonra...” like
  • 16 Mar 15:19  
Şou-biznes “Atam Rəşid Behbudovun o mahnısından sonra...”

90-cı illərin sonunda Türkiyədə populyar bir simaya çevrilən müğənni R

arrow Ətraflı
Azərbaycanda özəl tibb müəssisələrində yoxlamalar dayandırılır like
  • 16 Mar 15:09  
Sosial Azərbaycanda özəl tibb müəssisələrində yoxlamalar dayandırılır

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında

arrow Ətraflı
Bakıdan Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır like
  • 16 Mar 15:08  
Digərləri Bakıdan Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır

Ukrayna ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır

arrow Ətraflı
Məşhur aktrisa koronavirusa yoluxdu like
  • 16 Mar 15:05  
Dünya Məşhur aktrisa koronavirusa yoluxdu

Aktrisa və model Olqa Kurilenko koronavirusa infeksiyasına yoluxub.

arrow Ətraflı